RSS Qidalandırıcısı

Vətənim Azərbaycan!!!

Azərbaycanın  hər  bir  bölgəsi,  güşəsi  gözəldi.  Bu  bölgələrdən  biri  də  Qubadı.  İndiyə  kimi  müxtəlif  rayonlarda,  şəhərlərdə  olmuşam  amma  ilk  dəfə  idi  ki  Qubaya  səfərə  gedirdim.  Özüdə  30  nəfərdən  çox  “iRƏLi”  heyəti,  daha  dəqiq  desək  “WEBLOG  1,  2,  3”  təliminin  iştirakçıları  və  tanınmış  təlimçilərlə.  Avqustun  14-ü  səhər  saatlarında  yola  düşdük.  Səfərimizin  məqsədi  açıq  hava  altında  seminar  keçmək  və  dincəlmək  idi.

İlk  olaraq  Rauf  Mərdiyev  bizləri  salamlayıb  yaxşı  səfər  arzuladı.  Beləliklə  yola  davam  elədik.  Texminən  2-3  saatlıq  yolu  nəzərə  alıb  “Beş  Barmaq”  adlı  ərazidə  dayanıb  bəzi  lazımi  tədbirləri  gördük.  Sonra  isə  avtobusda  qəlyanaltı  etdik,  bunun  isə  başqa  ləzzəti  vardı)  Qubaya  çatarkən   isə  yol  üstü  fürsətdən  istifadə  edib  “Quba  Qadın  və  Ailə  Sahibkərlığına  Kömək  Mərkəzi”-nə  baş  çəkdik.  Orda  qədim  Azərbaycan  və  Təbriz  xalçalarını  gördük,  onlar  haqda  bəzi  məlumatlar  aldıq.  “Nəbati”,  “Hacıqaib”,  “Heyrati”,  “Pirəpədil”,  “Cici”,  “Ləçəkturun”,  “Butalızeyvə”  adlı  xalçalar  mərkəzə  daha  da  gözəllik  verirdi.  Qiymətlərinə  gəldikdə  isə  300azn,  5min,  hətda  150min  azn  arasında  dəyişirdi.  Gedərkən  xatirə  şəkli  çəkməyi  də unutmadıq.

Daha  sonra  isə  “Kütləvi  Məzarlığa”  da  getdik.  Çoxlu  insan  skeletlərini  görmək  və  onların  azerbaycanlı  olduğunu  bilmək  insanın  tüklərini  biz-biz  edirdi.  Çox  təsirli  anlar  idi!  İndi  sizə  bu  məzarlıq  haqda  kiçik  məlumat  verim.  1918-ci  ildə  ermənilərin  cəza  dəstələri  gələrək  35mindən  çox  insanı  amansızcasına,  vəhşicəsinə,  qətlə  yetirib.  Onlardan  1800-ü  uşaq,  2000-i  qadın   olub.  Sözü  gedən  məzarlıqda  isə  hələ  tapılmış  olan  nə  az  nə  çox  400-dən  çox  insanın  sümükləri  var.  Aldığım  məlumata  görə  insanları  küt  və  kəsici  alətlərlə,  mismarla  və  digər  soyuq  alətlərlə  qətlə  yetiriblər.  Ərazi  düz  514  kvm  sahəni  əhatə  edir.  Bunun  isə  cəmi  494  kvm  sahəsində  qazıntı  işləri  aparılıb.  2007  ilin  aprel  ayında  aparılan  axtarış  zamanı  tapılmasına  baxmayaraq  hələ  də   ortada  qalan  20  kvm  ərazidə  hələ  də  qazıntı  işləri  aparılmayıb.  Bu  haqda  maraqlanıb,  səbəbini  soruşdum.  Aydın  oldu  ki,  bu  ərazini  beynəlxalq  araşdırmayla  məşqul  olan  xarici  təşkilatlara  saxlayıblar.  Bələdçiyə  verdiyim  sualın  (niyə  hələ  də  gəlib  araşdırmayıblar?)  əvəzində  aldığım  cavab  belə  oldu:  “Gəliblər,  amma  qazıntı  məqsədi  ilə  gəlməyiblər.  Bunu  gərək  dövlət  təşkil  eləsin!”  Nəysə  dövlətin  işinə  qarışmaq  fikrinə  deyiləm  amma  istərdim  ki,  məzarlıq  dağılıb  məhv  olmamış,  gec  olmadan  bu  işlə  ciddi  məşqul  olsunlar.  Sonra  vəhşi  ermənilər  yenə  öz  yalanları  ilə  bizi  qabaqlamasınlar!

 

Həə. Daha  sonra  isə  səfərimizin  son  məkanı  bəlli  oldu.  Qubanın  Qəçrəş  kəndi  yaxılığında  yerləşən  “Kamran  İstirahət  Mərkəzi”.  Orda  bir  az  yorğunluğumuzu  alıb  seminaralara  başladıq.  İlk  olaraq  Roman  Süleymanov  çıxış  edərək  informasiya  müharibəsi  haqda  açıqlama  verdi.  Daha  sonra  isə  ardıcıl  olaraq  Hatəm  Şükür,  Kamran  Səmədli,   Sahil  Balazadə,  Rauf  Mərdiyev  və  sonda  Əli  Hacızadə  öz  seminarları  ilə  bizləri  yetərincə  maarifləndirdi.  Biz  öyrənməklə  məşqul  olarkən,  Xəqani  Fərəcov  və  Tələt  Hüseynov  isə  kabab  bişirirdilər.  Yeriniz  məlum)))  Seminarlardan  sonra  uzun  stol  açıldı  və  bütün  heyət  əyləşib  dadlı  yemeklərdən  doyunca  yedi,  özüdəki  bəhh-bəhhlə.  Necə  deyərlər:  ”Əllərinizə  sağlıq”.  Daha  sonra  isə  çay  kənarına  düşdük.  Orda  da  maraqlı  anlar  yaşadıq,  xatirə  şəkilləri  çəkdirdik.  Saat  7  radələrində  isə  Bakıya  yollandıq  və  sağ-salamat  evlərimizə   çatdıq.

Səfərimiz  sona  çatdı  amma  yaddaşımızda  çox  böyük  bir  iz  buraxdı.  Çox  öyrəndim,  dünya  görüşümü  artırdım,  həm  də  ki  dincəldim.  Buna  görə  isə  təbii  ki,  başda  Rauf  Mərdiyev  olmaqla  bu  layihəni  təşkil  edib,  bütün  əziyyət  çəkənlərə  öz  dərin  təşəkkürümü  bildirirəm.  Bu  arada  Fuad  Əsgərov  çəkdiyin  möhtəşəm  şəkillərə  görə  də  çox  sağ  ol)  İnşallah  növbəti  postlarda  görüşənədək…

Hörmətlə:

Mikayıllı  Ağalar


Bu slaydşou üçün JavaScript lazımdır.


Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.