RSS Qidalandırıcısı

Gənc Liderlərin qış səyahəti…

Hər  kəsə  salamlar.  Söz  verdiyim  kimi  mən  yenə  gəldim.  Şükür  sağ-salamat  Bakıdayam.  Bildiyinizə  görə  79  gənc  liderlə  Qış  Universitetinin  “Sığortalı  Gələcək”  layihəsi  ilə  bağlı  Qəbələyə  səfər  etmişdim.  Bu  səfər mənim  həyatımda  çox  böyük  bir  təcrübə  oldu.  Ən  əsası  da  odur  ki,  yeni-yeni  dostlar,  nəailiyyətlər,  əldə  etdim.  Sizlərə  bəzi  reallıqları  bildirmək  istərdim…

Sözün  düzü  çoxları  düşünür  ki  bizlər  ora  kefə,  dincəlməyə,  hətda  əyləncəyə  getmişik.  Hər  dəfəsində  də  mənasız  və  yersiz  suallar  verirlər.  Misal  üçün:  Ora  necə  getdin?  Nə  qədər  pul  verdin?  İstirahətin  necə  keçdi?  Orda  nəsə  edə  bildin?  (yəqin  ki  aydın  oldu  nə  mənada)  və  s  suallar.  Burdan  səslənərək  hər  kəsə  deyirəm  ki:  “Bizlər  ora  nə  kefə,  nə  də  ki  fırlanmağa  getmişdik!!!”  Buna  sübut  olaraq  ən  azından  ora  seçilən  gənclərin  fərqliliyini   misal  göstərmək  olar.  Məqsədimiz  əlimizə  düşən  şanslardan  maximum  yararlanaraq  dəyərli  ekspertlərdən  lazımi  informasiyaları  toplamaq  və  düşüncə  tərzimizi  inkişaf  etdirmək  idi.  Şükür  buna  da  nail  olduq.  Özümə  gədikdə  isə,  onu  deyə  bilərəm  ki,  inanın  30  dəqiqə  də  olsun  boş  vaxt  tapıb  özümün  dincəlməyinə  sərf edə  bilmədim,  heç  hovuzda  çimə  bilədim  də(((  Vallah  bir  qram  da  olsun  təəssüflənmirəm  ki,  neçə  gün  beş  ulduzlu  oteldə,  “Qafqaz  Riverside  Hotel”de  qalsam  da  otelin  hovuzundan  istifadə  edə  bilməmişəm.  (Nəzərə  alın  ki,  bu  şansdan  heç  kim  vaz  keçməzdi)  Bunun  da  səbəbi  hər  gün  müxtəlif  panellərin  və  gecə  performansların  olması  idi.  Bacardığımız  qədər  hər  gün  üçün  hazırlıq  görürdük.  Ora  qaç,  bura  qaç,  panellər,   yarışlar,  kreativ  performans  hazırlıqları  lap  adamı  yorurdu.  Əvvəlcədən  komanda  yoldaşlarıma  dediyim  kimi  biz  ora  istirahətə  yox,  komandamızın  qələbə  şərəfinə  görə  əsgərliyə  gedirik!!!  Çünki  səhər  8de  idman  etmək,  səhər  yeməyi  yemək,  gündəlik  qızğın  məşqlər,  günorta  yeməyi,  müxtəlif  panellər,  şam  yeməyi,  gecə  kreativ  performanslar  göstərmək  və  nəhayət  isə  axşam  saat  12də  adboy  rota  hər  kəs  yatmağa.  Bax  bunlar  hamsı  vaxtı-vaxtında  olmalıydı,  geçikməmək  şərti  ilə.  Bütün  bu  kriteriyalara  cavab  verən  komanda  fərqlənirdi.  Mən  də  buna  əsaslanaraq  demişdim.  Rəqabət,  inciyliklər  oldu,  gərgin  mübarizə  getdi  amma  yenə  də  dostluq  münasibetlərimiz  yerində  qaldı.  Fərqindən  aslı  olmayaraq  qalib  gələcək  komandanı  ürəkdən  təbrik  edirəm.  Gəlin  həmişə  hər  birimiz  “BİRLİK”də  ”İNKİŞAF”  edərək,  ”ETİMAD”  qazanaraq,  ”UĞUR”la  “TƏRƏQQİ”yə  nail  olaq!!!

Layihəyə  gəldikdə  isə  “Maliyyə  Nazirliyi”nin,  Gənclər  və  İdman  Nazirliyinin və  İRƏLİ”  İctimai  Birliyinin  birlikdə  təşkil  etdiyi  ən  brend  layihələrdən  biri  idi.  Bu  layihədə  şirkət  prezidentlərindən  tutmuş,  millət  vəkillərinə  kimi  çoxlu  ekspertlərlə  rəsmi  və  yaxud  qeyri-rəsmi  görüşlər  oldu.  Hər  bir  ekspertin  özünə  məxsus  çıxışı  oldu  amma  mənim  üçün  ən  təsirli  və  yadda  qalan  çıxışlar  Ceyhun  Osmanlı,  Bəhram  Qurbanov  və  Fərid  Novruzi  tərəfindən  oldu.  Hər  bir  görüşlərdən çox  stimul,  ders  aldım,  nəticə  götürdüm.  Hörmətli  insanların  sözləri  ilə  desək  “Ən  uca  zirvəni  xəyal  edin!!!”  (Fərid  Novruzi),  ”Təslim  olmayın,  mübarizə  aparın!!!”  (Behram  Qurbanov),  ”Bir  neçə  ildən  sonra  dövlət  qulluğunda  və  yaxud  yüksək  vəzifədə  çalışan  şəxslər,  SİZ  GƏNCLƏR  olacaqsız!!!”  (Ceyhun  Osmanlı).  Bu  cümlələrdən  çox  enerji  alaraq,  həvəslənərək  öz  məqsədimə  doğru  yalnız  irəli  =>  addımlamağı  məqsəd  etdim!!!

Sonda  isə  başda  İRƏLİ  İctimai  Birliyi,  Gənclər  və  İdman  Nazirliyi,  Maliyyə  Nazirliyi,  Qəbələ  İcra  hakimiyyəti  və  hörmətli  ekspertlər  olmaqla,  bu  layihənin  maraqlı  keçməsində  rolu  olan  hər  bir  komandanın  üzvlərinə  sonsuz  təşəkkürümü  bildirirəm.  Eziz  gənclər,  sizlərin  də  aktiv  olaraq  belə  möhtəşəm  layihələrə  qatılmağınızı  arzu  edirəm.  Budur  söz  verdiyim  kimi  gəldim.  İndi  yenə  gedirəm,  gedirəm  ki  növbəti  postlarda  sizlərlə  yenə  görüşüm…  Dostlar  “İRƏLİ”,  ”İRƏLİ”   yalnız  ”İRƏLİ”  =>

Hörmətlə:   Mikayıllı  Ağalar…

Bu slaydşou üçün JavaScript lazımdır.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.