Azərbaycanın hər bir bölgəsi, güşəsi gözəldi. Bu bölgələrdən biri də Qubadı. İndiyə kimi müxtəlif rayonlarda, şəhərlərdə olmuşam amma ilk dəfə idi ki Qubaya səfərə gedirdim. Özüdə 30 nəfərdən çox “iRƏLi” heyəti, daha dəqiq desək “WEBLOG 1, 2, 3” təliminin iştirakçıları və tanınmış təlimçilərlə. Avqustun 14-ü səhər saatlarında yola düşdük. Səfərimizin məqsədi açıq hava altında seminar keçmək və dincəlmək idi. Bu yazının davamını oxu
quba Etiket Arxivləri:
Azerbaycanda turizmin inkshafi…

Azərbaycanda turizmin inkişafı ulu öndərin adı ilə bağlıdır
Azərbaycanda turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Bu, ümummilli lider Heydər Əliyevin
həmin sahəyə bilavasitə diqqətinin və qayğısının nəticəsində mümkün olmuşdur. Turizm işinin təşkili üçün Azərbaycan əlverişli coğrafi şəraiti, tarixi-memarlıq və mədəniyyət abidələri, qonaqpərvərliyi, milli adət və ənənələri, zəngin, ləziz mətbəxi və digər amilləri seçilməsinə baxmayaraq, 1950-1960-cı illərdə SSRİ məkanında turizm infrastrukturunun ən zəif inkişaf etdiyi bölgələrdən biri idi. Belə ki, İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı onilliklərdə sovetlər birliyini neft və neft məhsulları ilə təmin edən respublika kimi tanınan Azərbaycan haqqında SSRİ-nin televiziya və mətbuatında hazırlanan verilişlərdə və yazılarda əsas etibarilə neft sənayesindən danışılır, Bakının ətrafında olan neft buruqları və neft gölməçələrindən, şanlı neftçilərin küləkli, yağışlı hava şəraitində fədakar əməyindən söhbət açılırdı. Bu yazının davamını oxu