RSS Qidalandırıcısı

ARTIQ HAVA DA PULLUDU…

Salam  dostlar,  yenidən  yeni  bir  postla  sizlərlə  görüşdük.  Bu  postumda  mövzu  ekologiya  ilə  bağlıdı.  İstərdim  ki,  sizləri  tez-tez  gördüyüm  “efir”  bir  mənzərəylə  tanış  edim.  Yox,  yox  efir  sözünə  görə  təlaşa  düşməyin,  bu  sadəcə  dırnaq  içərisində  deyilən  əks  bir  sözdü.  Başınızı  çox  ağrıtmadan  bir  başa  keçirəm  mətləbə.

Deməli  belə,  hər  gün  işə  gederkən  iş  yerimin  yaxınlığında  yerləşən  böyük  bir  zavodun  yanından  keçirəm.  Demək   olar  ki  günün  çox  vaxtı  orda  havaya  zərərli  tüstü,  buxarlar  buraxırlar.  Günün  səhər  çağında  oyanıb  təmiz  hava  qəbul  etməyin  öz  ləzzəti  var.  Amma  bu  zavod  isə  səhər  tezdəndən  zərərli  tüstünü  buraxmaqla  bizləri  salamlayır.  Gecələr  isə  gecən  xeyrə  deyir.  Nəinki  körpələrin,  uşaqların  hətta  bütün  canlı  aləmin  ehtiyac  duyduğu  oksigenlə  heç  də  zəngin  olmayan  bu  havanı  daha  da  çirkləndirirlər.  Bildiyimizə  görə  ozon  qatının  deşilməsinə  səbəb  təkcə  atom  və  kimyəvi  elementlərin  yaratdığı  zərərli  maddələr  deyil.  Gün  əzrində  istifadə  etdiyimiz  avtobusların,  maşınların  və   s  nəqliyyat  vasitələrinin  tüstüsü,  eləcə  də  bu  cür  hadisələrin  rolu  heç  də  az  deyil.  Bunu  hamı  başa  düşür,  dərk  edir  amma  neylemek  olar  axı  “qarın  hər  şeydən,  hamıdan  irəlidi”.  Elə  bu  cümləni  üstün  tutaraq  öz  işlərindədilər.  Bu  zavodun  timsalında  çoxlu  obyektləri  göstərmək  olar.  Aydın  məsələdi  ki,  bəzi  səbəblərdən  belə  olmalıdı  amma  lap  belə  də  olmaz  da!  Heç  olmasa  limit  qoyulmalıdı,  zəhərli  tüstünü  təmizləyən  qurğular  qoyulmalıdı,  hər  hansı  bir  tədbir  görülməlidi.  Bu  arada  yadımdan  çıxmamış  onu  da  deyim  ki,  bu  yaxınlarda  hansısa  informasiya  vasitələrinin  birində  belə  xəbərlə  rastlaşdım  və  mənim  postumun  mövzusu  ilə  üst-üstə  düşdüyünə  görə  bunu  da  qeyd  etməyi  lazım  bildim.

Nəzərinizə  çatdırım  ki,  Taylandın  paytaxtı  olan  Bangkok  şəhərinin  havası  çirklidi  və  oksigen  çatışmazlığı  var.  Təsəvvür  edin,  gör  şəhərdə  insanlar  nə  vəziyyətdədi.  Bunu  nəzərə  alan  milyonçu  iş  adamı  “OKSİGEN  CLUB”  adlı  belə  bir  kompleks  tikdirib.  Deməli  bura  hamı  əsasən  də  Taylanda  gələn  turistlər  və  taylandlılar  gələrək  20  dəqiqəlik  təmiz,  ətirli  (meyvəli  və  yaxud  digər  ətirli)  oksigen  qəbul  edirlər.  Bu  20  dəqiqənin  mənasız  və  darıxdırıcı  keçməməsi  üçün  bəziləri  musiqilərə  qulaq  asır  sakitcə  dincini  alırlar  bəziləri  isə  müxtəlif  əyləncəli  oyunlar  oynayır,  başlarını  qatırlar.  Özü  də  bunların  hamısı  cəmi  4$  (dollara).  Əgər  bizdə  də  bayaq  dediyim  hallar  davam  etsə  çox  keçməz  elə  burda  da  elə  vəziyyət  yaranacaq.  “ALLAH”ın  bizə  verdiyi  oksigendən  pulla  istifadə  etmək.  Onda  görərik  bizdə  hansı  milyonçu  iş  adamı  öz  əmməlləri  ilə  qazandığı  pulun  bir  qismini  bu  kompleksin  tikilməsinə  sərf  edəcək?!.  Amma  bu  hadisənin  baş  verməsi  heç  də  arzu  olunan  hal  deyil.  Nə  deyim  Vallah,  biz  gənclər  bacardığımız  qədər  əlimizdən  gələni  edirik,  calışırıq  ki,  öz  torpağımızı,  ölkəmizi,  dünyamızı  qoruyaq.  Bu  cür  hadisələrə  məsul  olan  şəxslərin  də  bizlərə  dəstəyi  olsa  çox  sevinərik!  Bu  qədər.  Növbəti  postlarda  yenidən  görüşənədək…

Hörmətlə:

Mikayıllı  Ağalar.


Bu slaydşou üçün JavaScript lazımdır.


Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

9 cavab

  1. Agalar,indi sen tesevvur ele ki bu bir zavodun tustusudu.gor indi onlardan necesi var.Men sennen raziyam ki muteq limit qoyulmalidi..

    Bəyən

  2. Bangkokdakı vəziyyət çox maraqlı gəldiyi üçün postu bir neçə dəfə oxudum..və ağlıma köhnə KVNdə oynanılan bir səhnəcik düşdü: Məhəlləyə işiq pulu yığmağa gələn oğlanı yola salandan sonra deyinməyə, bu pul yığanları lağa qoymağa başlayan Bəhram Bağırzadə çox yerində bir ifadə işlədir orda. Deyir ki, “bir azdan gəlib deyəceylər ki, HAVAPULU ver!” :DDD
    Allah ölkəmizi və bütün dünyanı bu yumorun həqiqətə çevriləcəyi günlərdən saxlasın, İnşAllah..AMİN!

    Bəyən

  3. Bu postu oxuyarkən bir daha görürsən ki, insanın ən böyük düşməni yenə də elə insanın özüdür. Posta görə təşəkkür.

    Bəyən

%d bloqqer bunu bəyənir: