RSS Qidalandırıcısı

Şaxta baba kimdi…?

Şaxta Babanın tarixi ilə bağalı müxtəlif fikirlər mövcuddur. Bu obrazın yaranma tarixi ilə bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən-şəklə düşüb.
Əfsanəyə görə, indiki Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərindəki Santa Klaus kilsəsinin Nikolas adlı keşişi olub. Bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olubmuş. Orta yaşlarında rahib Nikolas Patara şəhərin baş keşişi seçilir. Rəvayətə görə, həmin şəhərdə kasıb bir kişinin 3 qızı varmış. Bu qızlar cehiz üçün pul tapa bilmirmişlər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemin həllində olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonların ümid yerinə çevrilir. Nikolas 343-cü ildə 65 yaşında vəfat edib.
1087-ci ildə türklər Muğla vilayətini fəth edəndən sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açıb, sümüklərini oğurlayaraq İtaliyanın Bari şəhərinə aparıb, orada dəfn ediblər. Yeni il bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus-Müqəddəs Nikolay obrazının əsli də xristian dünyasında axtarılır.

Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Yeni il şənlikləri İsa Məsihin doğum gününün qeyd olunması ilə əlaqələndirilən bayramdır. Xristianlar 25-31 dekabr arasında, bir həftə bu bayramı qeyd edirlər. Şaxta Baba ilə bağlı əfsanalərdə onun fövqəlgücə malik olduğu da bildirilir. Bir əsatirə görə isə Santa Klaus müqəddəs hesab edilən yerləri ziyarət etmək üçün Qüds (Yerusəlim) şəhərinə gedir. Geriyə gəmi ilə qayıdır. Yolda gəmi fırtınaya düşür. Santa Klaus duaları ilə fırtınanı yatırır. Hətta fırtına vaxtı dənizə düşüb boğulmuş bir dənizçini də dirildir. Bundan sonra rahib Nikolas xristian dənizçilərin qoruyucu əzizi hesab olunur.

Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsi ilk dəfə Almaniyada qoyulub. Bu inanc əksəriyyəti protestant məzhəbində olan Avropa xristianları arasında sürətlə yayılıb. Santa Klaus ənənəsi Hollandiyalı mühacirlər tərəfindən Amerikaya da yayılıb.

Yeni il öncəsi Şam ağacı (Yolka) bəzəmək adəti də ilk dəfə Almaniyada tətbiq olunub. Bunun əslində xristianlıqla heç bir əlaqəsi yoxdur. Hələ xristianlıqdan əvvəl bütpərəst romalılar qış fəslində həmşəyaşıl dəfnə ağacını, German tayfaları isə həmşəyaşıl küknar və şam ağaclarını kəsib evələrinə qoyurmuşlar. Onlar evlərinə bolluq və bərəkət gətirsin deyə, bu ağacın budaqlarından suxarı və şirin çörək asır, ağacı bəzəyirmişlər. Əfsanəyə görə, həmin xalqlar bununla qışın gəlməsinə baxmayaraq, öz evlərində hələ də baharın davam etdiyini simvollaşdırmaq istəyiblər.
Şam ağacını bəzəmək ənənəsi Almaniyadan bütün Avropaya və dünyaya yayılıb. XX əsrin əvvəllərində ingilis missonerlər şam ağacı bəzəmək adətini Uzaq Şərqdə, Çin və Yaponiyada da yayıblar.

Skandinaviya xalqları fəxrlə deyirlər ki, Şaxta baba Yeni ildə öz dünya səyahətini məhz onların torpağından başlayır. Onlar iddia edirlər ki, Şaxta baba Laplandiyada, yəni Finlandiyada yaşayır. Və ildə bir dəfə dünya səyahətinə çıxıb insanlara, xüsüsən balacalara hədiyyə paylayır…

Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır.
Rusların İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qış və yayın əvəzlənməsinin rəmzidir.
Bir çox tarixçilər əmindirlər ki, dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramıyla əlaqədardır. Yeni il şənliklərinə hər xalq öz əlavələrıni edib
.

Soyuqlar duwen kimi insanin aglina “Qiw gelir, demeli tezlikle Yeni il wenliyi olacaq” fikri gelir. Bes, Yeni ili harada kecirmek olar? Bu sualin cox sade cavabi var. Waxta babanin evinize gelmeyini gözlemekdense siz onun yanina gedin. Elbette ki, Laplandiyaya. Wimali Avropada yerlewen bu olke 4 dovlet arasinda bolunub. Bunlar Norvec, Finlandiya, İsvec ve Rusiyadir. Buranin koklu sakinleri sayilan saamlar wimal hissede meskunlawiblar. Onların yarisi qedim dilde (10 dialektde) daniwir. Ehalinin coxu wimal qutbunden 5 km aralida yerlewen paytaxt Rovaniem, Kemiyarvi, Kemi ve Tornio weherlerinde yawayir. Bu ekzotik mekanda ilin dord feslinden elave sirli bir movsum de var. Buna kamos deyirler. Hemin vaxt gunew ufiq xettinden yuxayira qalxmir ve etraf goy renge burunur. Kamosu Laplandiyanin wimalinda il erzinde 200 defe muwahide etmek olar. Saamlarin animistik anlayiwlarına gore semada gorunen ag, yawil ve sari renglerin peyda olmasina sebeb tepelerle qacan tulkunun quyrugudur.

Marallarla seyahet
Yer kuresinin bu guwesini wimal marallarinin esl cenneti adlandirmaq olar. Hetta H. X. Andersonun hamiya uwaqliqdan melum olan “Qar wahzadesi” nagilinda bele maralin dilinden verilen cumlede Laplanidiyanin mocüzeli ve gozel bir yer olmasi barede melumat verilir. Burada her kvadrat kilometre 2 adam ve 2 maral duwur. Hele qedimlerden marallar Günewin simvolu hesab olunurdu. Buynuzlari ise zamanin gediwi ile assosiasiya olunurdu. olkenin Laplandiyaya aid olan erazisinde marallara her yerde rast gelmek mumkundur. Onlar insanlar, mawinlar arasinda istedikleri kimi dolawirlar. Buraya gelen istenilen adam qisa kurs kecdikden sonra maral qowqusunu idare ede ve maral surmek huququ qazana biler. Laplandiyanin faunasina marallarla yanawi ayi, tulku, canavar ve muxtelif quwlar daxildir. Meselen, Ranua parkinda 60 nov wimal ve arktik iqlimde yawamaga uygunlawan vehwi heyvan novu saxlanilir. Burada sigina, cuyure, hetta ag ayiya da rastgele bilersiniz.

Advertisements

4 cavab »

  1. salam men bu saxta babalara inaniram amma bilirsi havaxt innacam mene sensorlu telefon alsalar

    Bəyən

    Cavabla
  2. saxta baba mene planwed alsa ona inanaram

    Bəyən

    Cavabla

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: