
universitetler Etiket Arxivləri:
Azerbaycan Dovlet Iqtisad Universiteti…

Azerbaycan Dovlet Iqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti 70 ildir ki, mövcuddur. Bu müddət ərzində Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.
Bu yazının davamını oxu
Baki Dovlet Universiteti…

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919 cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.Universitetin 1920–1930 cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Bu yazının davamını oxu
Azerbaycan Kooperasiya Universiteti…
