RSS Qidalandırıcısı

“Engin Ltd” şirkətinin gənclərə dəstəyi!

İlk  öncə  hər  kəsə  salam.  Bu  gün  də  adi  günlərdəki  kimi  bir  mövzuya  toxunacam.  Bu  mövzunun  yazdığım  100-ə  yaxın  postdan  fərqlənməsinin  səbəbi  neçə  ildi  fəaliyyətdə  olduğum “Engin  Ltd”  ilə  bağlıdı.  İstərdim  əvvəlcə  şirkətimiz  haqda  məlumatı  olmayanlara  kiçik  də  olsa  məlumat  verim.

“Engin  Ltd”  şirkəti  2000-ci  ildə  rəsmi  olaraq  Bakı  şəhərində  fəaliyyətə  başlayıb.  Şirkət  əsasən  satış  və  marketinq   sahələri  üzrə  ixtisaslaşıb.  Elə  bu  səbəbdən  də  şirkətin  70%-ə    yaxın  əməkdaşı  Satış  şöbəsində  çalışır.  Bununla  yanaşı  şirkətdə  hal  hazırda  İnsan  Resursları,  Audit,  Maliyyə,  Muhasibat,  Marketinq,  Təminat,  Təchizat,  Texniki  servis  və  s  şöbələri  də  fəaliyyət  göstərir.  İndiyə  kimi  möhtəşəm  uğurlara  imza  atmasına  baxmayaraq,  ən  ideal  uğuru  Azərbaycanda   ən  böyük  və  tanınmış  distribyutor  şirkət  olmasıdı.  Missiyası: “””Müştərilərə  yüksək  xidmət,  fəaliyyət  göstərdiyi  bütün  bazarlarda  yüksək  keyfiyyətli,  geniş  çeşidli   məhsulların  satışını  təmin  etmək!”””  Hədəfləri  isə: “”” Biz  daim  səylə  çalışacağıq  ki,  əməkdaşlarımızın  və  müştərilərimizin  təkmilləşməsində  birinci  olaq.   Qurduğumuz  peşəkar komandanın  davamiyyətini  təmin  etmək  üçün  daim  təkmilləşərək,  açıq  şəxslərlə   əməkdaşlıq  quracağıq!”””   Şirkət  haqda  əgər  əlavə  məlumat  almaq  istəsəniz  bu  linkə  daxil  ola  bilərsiz  “Engin  Ltd” .

Özümə  gəldikdə  isə  2010-ci  ilin  10  fevralından  indiyə  kimi  burada  çalışıram.  Artıq  2  il  tamam  olub.  Tələbəlik  illərimin  ən  gözəl,  şirin  vaxtlarını  burada  keçirirəm.  Düzdü  oxumaqla,  işləmək  birlikdə  çox  çətindir.  Lakin  buna  baxmayaraq  mənim  üçün  yaradılan  şərait  təhsil  almağıma  kifayət  qədər  imkan  yaradır.  Bir  çox  sahələrdə  işləsəm  də  bu  mənim  ilk  rəsmi  işim  oldu.  İstərdim  sizlərə  bir  səmimi  etirafımı  da  bildirim.  Çalışdığım  ilk  günlərdə  yüksək  vəzifəyə  keçməyi  qarşıma  məqsəd  qoydum!  Məqsədimə  hələ  çatmasam  da,  yenə  də  təslim  olmayacam!  Əksinə  daha  da  aktiv  olaraq,  potensialıma  güvənərək  səylə  öz  işimdə  çalışmağa  davam  edəcəm.  Bilmirəm  niyə  amma  əvvəllər  elə  düşünürdüm  ki,  burda  yüksək  vəzifəli  şəxslər  daha  rəsmi,  məişət  üslubunda  desək  yuxarıdan  aşağı  baxan  VİP  insanlardandırlar.  Lakin  bir müddət  keçdikdən  sonra  bunun  tam  əksinin  şahidi  oldum.  Düzdü  şübhəsiz  həmin  şəxslər  VİP –dilər  amma  qətiyyən  özlərindən  razı  qədər  rəsmi  deyillər.  Mehriban,  səmimi  staff  heyyətinə  sahibdilər.  Hələ  indiyədək  hər  hansısa  bir  şirkətin  öz  işçilərinin  zəhmətini  yüksək  səviyyədə  dəyərləndirməsini,  hətta  kollektivin  bir  birinə  qarşı  xoş  münasibət  göstərməsini  ilk  dəfə  idi  görürdüm.  Əhatə  dairəm  zəngin  və  geniş  olmasa  da,  ancaq  həqiqətən  də  çox  əzizdi.  Təssəvvür  edin  hər  gün  ev,  universitet, iş.  Günümün  bir  çox   hissəsini  işə  sərf  etdiyimdən,  “Engin  Ltd”  sanki  ikinci  ev,  ailədi  mənim  üçün.  Təbii  ki,  bu  iki  ildə  məndə  yaranan  bu  xoş,  gözəl  təəssuratlar  boş  yerə  deyil,  bunun da   səbəbi  indiyə  kimi   bizlərə  göstərilən  diqqətin,  verilən  qiymətin   sayəsindədi.  Bu  arada  öz  işimi,  əsasəndə  şirkətimi  mənə   daha  çox  sevdirən böyük  qardaş  kimi  əziz  olan  anbarın  şöbə  rəisi  Səid  Qasımova  öz  təşəkkürümü  bildirirəm.  Onun  da  bizlərə  göstərdiyi  qayğı,  işaparma  qabiliyyəti,  tələbkarlığı  nəticəsində  bu  gün  artıq  mən   işdə  aparıcı  işçilərdən  biriyəm.

Sonda  burdan  şirkətin  bu  cür  (bir  sözlə  desək)  brend  şirkət  olmasında  əməyi  olan  hər  bir  dəyərli  şəxsə  ( Anar  İbrahimov,  Giorgi Chachiashvili,  Ceyhun  Mustafayev,  Cumber  Miruaşvili, Rəşad  Hüseynov,  Vadim  Sorgin,  Rəşxan  Qaraşlı,  Xəlilov  Zaur,  Nigar  Qasımova,  Samir  Ismayılov, Rəqsanə  Şahverdiyeva,  Fəhmidə  Eyvazova,  Alina  Mammadova,  Anar  Adilzadə,  Lətif  Mütəllibov,  Əliağa  Həşimov,  Leyla  Əliyeva,  Natiq  İsmayılov,  Ələkbər  Heydərov,  Nərminə  Əhmədova, Məftun  Abbasov,  Daşqın  İbişov,  Mübariz  İsmayılov,  Fuad  Novruzov,  Elçin  Rəhimli  …  ) və  məni  bu  işə  qəbul  edən  xüsusi  olaraq  Ramil  Fərzəliyev  və  Nicat  Nağızadəyə  dərin  təşəkkürümü  bildirirəm.  Əgər  sizlər  olmasaydınız,  bəlkə  mən  də  “Engin  ailəsi”ndə  yox  idim.  Mən  fəxr  edirəm  ki,  bir  gənc  olaraq  karyerama  belə  bir  böyük  və  möhtəşəm  şirkətdə  start  vermişəm,  bundan  sonra  da  burada  çalışaraq  daha  da  yüksək  nailiyyətlər  əldə  etmək   niyyətindəyəm!!! 

Hörmətlə:  Mikayıllı  Ağalar.

 

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

11 cavab

  1. Gelecek heyatinda boyuk ugurlara imza atacagina inaniram. Telebeelikde ishlemek, emeyin ne oldugunu genc yashlardan anlamaq daimi ugurun temellerindendir. Sen bir cox gencden ferqli olaraq oz emeyinle geleceyini qazanmaq qerarini verende ferqli bir yola uz tutmusan. Bu yol en dogru olanidir. Engin hamimiza heyat mektebi oldu ve burada insanligi, semimiyeti, dostlugu, edaleti ve bu kimi insani deyerlerin yaninda bir de ish tecrubesi qazandiq. Men de ozumu shansli hesab edirem bele bir shirketde ishlediyime gore. Karyeraya geldikde ise dogru yolda oldugunu deye bilerem, sen elinden gelenin daha artigini etmelisen. Qalan ishler oz ozluyunde inkishaf edecek ve bir de baxassanki arzularin reallashir!

    Bəyən

    • Hormetli Rashkhan muellim, ilk once diqqetinize ve semimiyyetinize gore derin tewekkurumu bildirirem. Cox sag olun ki, menim iw fealiyyetimi ve tewebbusumu qiymetlendirirsiz. Sizin kimi hormetli wexslerin biz genclere dediyi adi semimi, xow 1 soz bizler ucun cox deyerlidi. Men de oz novbemde sizin bu sozlerden (nece deyerler) heveslenerek gelecek meqsedime ve planlarima dogru inamla addimlayacam! Bir daha tewekkurler…

      tərəfindən bəyənildi 1 şəxs

  2. Insallah istediyin yuksek vezifeni elde edersen. 🙂 Isinde sene ugurlar. 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Qardawim, maraqli post hazirlamisan. Oxudum ve cox xowuma geldi. Dediklerinle tam raziyam. Reshxan da yerinde qeyd etdi ki burda tek ish sahesinde yox, cox sahede tecrube qazandiq. Sene karyeranda ugurlar, INSHALLAH daha yuksek vezifelere catarsan. Amin!

    tərəfindən bəyənildi 1 şəxs

    • Elchin, qardaw cox sag ol, minnetdaram. Mumkun qeder semimi ve kreativ post olmasina caliwmiwam. Wadam ki terife layiq gordun. Duzdu, heqiqeten menim ucun de bu cox boyuk tecrubedi. Eminem ki, Inshallah her bir eziyyetimin behresini gorecem. Amin!
      Tewekkurler)

      Bəyən

  4. Hormetli Agalar, senin shirketimiz haqqinda yazdigin fikirlerin teqdire layiqdir ve alqishlanasidir. bu gun sen shirketimizin bir parcasi oldugun ucun fexr edirsenese biz de senin kimi deyerli insanlarla ciyin-ciyine calishdigimiza gore sevinirik.

    tərəfindən bəyənildi 1 şəxs

    • Hormetli Ramil muellim, diqqetinize ve qayginiza gore size minnetdaram. Eger sizin 2 il once mene etimadiniz olmasaydi belke men hal hazirki fexr edici anlari yawamamiwdim. Siz ve sizin kimi hormetli, deyerli wexslerden numune goturerek bundan sonra da (Reshxan muellimin dediyi kimi) elimden gelenin daha artigini etmeye caliwacam! Her weye gore tewekkurler.

      Bəyən

  5. Agalar bey, bu meqaleden sonra dusunurem ki,sizi qarsida boyuk nailiyyetler gozleyir.Engin qazandigi ugurlarda tebii ki sizinde payiniz var.Sizin kimi iscilerle islemeye bize xoshdu.
    .

    tərəfindən bəyənildi 1 şəxs