İlk öncə hər kəsə salam. Bu gün də adi günlərdəki kimi bir mövzuya toxunacam. Bu mövzunun yazdığım 100-ə yaxın postdan fərqlənməsinin səbəbi neçə ildi fəaliyyətdə olduğum “Engin Ltd” ilə bağlıdı. İstərdim əvvəlcə şirkətimiz haqda məlumatı olmayanlara kiçik də olsa məlumat verim.
“Engin Ltd” şirkəti 2000-ci ildə rəsmi olaraq Bakı şəhərində fəaliyyətə başlayıb. Şirkət əsasən satış və marketinq sahələri üzrə ixtisaslaşıb. Elə bu səbəbdən də şirkətin 70%-ə yaxın əməkdaşı Satış şöbəsində çalışır. Bununla yanaşı şirkətdə hal hazırda İnsan Resursları, Audit, Maliyyə, Muhasibat, Marketinq, Təminat, Təchizat, Texniki servis və s şöbələri də fəaliyyət göstərir. İndiyə kimi möhtəşəm uğurlara imza atmasına baxmayaraq, ən ideal uğuru Azərbaycanda ən böyük və tanınmış distribyutor şirkət olmasıdı. Missiyası: “””Müştərilərə yüksək xidmət, fəaliyyət göstərdiyi bütün bazarlarda yüksək keyfiyyətli, geniş çeşidli məhsulların satışını təmin etmək!””” Hədəfləri isə: “”” Biz daim səylə çalışacağıq ki, əməkdaşlarımızın və müştərilərimizin təkmilləşməsində birinci olaq. Qurduğumuz peşəkar komandanın davamiyyətini təmin etmək üçün daim təkmilləşərək, açıq şəxslərlə əməkdaşlıq quracağıq!””” Şirkət haqda əgər əlavə məlumat almaq istəsəniz bu linkə daxil ola bilərsiz “Engin Ltd” .
Özümə gəldikdə isə 2010-ci ilin 10 fevralından indiyə kimi burada çalışıram. Artıq 2 il tamam olub. Tələbəlik illərimin ən gözəl, şirin vaxtlarını burada keçirirəm. Düzdü oxumaqla, işləmək birlikdə çox çətindir. Lakin buna baxmayaraq mənim üçün yaradılan şərait təhsil almağıma kifayət qədər imkan yaradır. Bir çox sahələrdə işləsəm də bu mənim ilk rəsmi işim oldu. İstərdim sizlərə bir səmimi etirafımı da bildirim. Çalışdığım ilk günlərdə yüksək vəzifəyə keçməyi qarşıma məqsəd qoydum! Məqsədimə hələ çatmasam da, yenə də təslim olmayacam! Əksinə daha da aktiv olaraq, potensialıma güvənərək səylə öz işimdə çalışmağa davam edəcəm. Bilmirəm niyə amma əvvəllər elə düşünürdüm ki, burda yüksək vəzifəli şəxslər daha rəsmi, məişət üslubunda desək yuxarıdan aşağı baxan VİP insanlardandırlar.
Lakin bir müddət keçdikdən sonra bunun tam əksinin şahidi oldum. Düzdü şübhəsiz həmin şəxslər VİP –dilər amma qətiyyən özlərindən razı qədər rəsmi deyillər. Mehriban, səmimi staff heyyətinə sahibdilər. Hələ indiyədək hər hansısa bir şirkətin öz işçilərinin zəhmətini yüksək səviyyədə dəyərləndirməsini, hətta kollektivin bir birinə qarşı xoş münasibət göstərməsini ilk dəfə idi görürdüm. Əhatə dairəm zəngin və geniş olmasa da, ancaq həqiqətən də çox əzizdi. Təssəvvür edin hər gün ev, universitet, iş. Günümün bir çox hissəsini işə sərf etdiyimdən, “Engin Ltd” sanki ikinci ev, ailədi mənim üçün. Təbii ki, bu iki ildə məndə yaranan bu xoş, gözəl təəssuratlar boş yerə deyil, bunun da səbəbi indiyə kimi bizlərə göstərilən diqqətin, verilən qiymətin sayəsindədi. Bu arada öz işimi, əsasəndə şirkətimi mənə daha çox sevdirən böyük qardaş kimi əziz olan anbarın şöbə rəisi Səid Qasımova öz təşəkkürümü bildirirəm. Onun da bizlərə göstərdiyi qayğı, işaparma qabiliyyəti, tələbkarlığı nəticəsində bu gün artıq mən işdə aparıcı işçilərdən biriyəm.
Sonda burdan şirkətin bu cür (bir sözlə desək) brend şirkət olmasında əməyi olan hər bir dəyərli şəxsə ( Anar İbrahimov, Giorgi Chachiashvili, Ceyhun Mustafayev, Cumber Miruaşvili, Rəşad Hüseynov, Vadim Sorgin, Rəşxan Qaraşlı, Xəlilov Zaur, Nigar Qasımova, Samir Ismayılov, Rəqsanə Şahverdiyeva, Fəhmidə Eyvazova, Alina Mammadova, Anar Adilzadə, Lətif Mütəllibov, Əliağa Həşimov, Leyla Əliyeva, Natiq İsmayılov, Ələkbər Heydərov, Nərminə Əhmədova, Məftun Abbasov, Daşqın İbişov, Mübariz İsmayılov, Fuad Novruzov, Elçin Rəhimli … ) və məni bu işə qəbul edən xüsusi olaraq Ramil Fərzəliyev və Nicat Nağızadəyə dərin təşəkkürümü bildirirəm. Əgər sizlər olmasaydınız, bəlkə mən də “Engin ailəsi”ndə yox idim. Mən fəxr edirəm ki, bir gənc olaraq karyerama belə bir böyük və möhtəşəm şirkətdə start vermişəm, bundan sonra da burada çalışaraq daha da yüksək nailiyyətlər əldə etmək niyyətindəyəm!!!
Hörmətlə: Mikayıllı Ağalar.
Gelecek heyatinda boyuk ugurlara imza atacagina inaniram. Telebeelikde ishlemek, emeyin ne oldugunu genc yashlardan anlamaq daimi ugurun temellerindendir. Sen bir cox gencden ferqli olaraq oz emeyinle geleceyini qazanmaq qerarini verende ferqli bir yola uz tutmusan. Bu yol en dogru olanidir. Engin hamimiza heyat mektebi oldu ve burada insanligi, semimiyeti, dostlugu, edaleti ve bu kimi insani deyerlerin yaninda bir de ish tecrubesi qazandiq. Men de ozumu shansli hesab edirem bele bir shirketde ishlediyime gore. Karyeraya geldikde ise dogru yolda oldugunu deye bilerem, sen elinden gelenin daha artigini etmelisen. Qalan ishler oz ozluyunde inkishaf edecek ve bir de baxassanki arzularin reallashir!
BəyənBəyən
Hormetli Rashkhan muellim, ilk once diqqetinize ve semimiyyetinize gore derin tewekkurumu bildirirem. Cox sag olun ki, menim iw fealiyyetimi ve tewebbusumu qiymetlendirirsiz. Sizin kimi hormetli wexslerin biz genclere dediyi adi semimi, xow 1 soz bizler ucun cox deyerlidi. Men de oz novbemde sizin bu sozlerden (nece deyerler) heveslenerek gelecek meqsedime ve planlarima dogru inamla addimlayacam! Bir daha tewekkurler…
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Insallah istediyin yuksek vezifeni elde edersen. 🙂 Isinde sene ugurlar. 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Goycek, tewekkurler. Ele sene de hemcinin oz iwinde ugurlar)
BəyənBəyən
Qardawim, maraqli post hazirlamisan. Oxudum ve cox xowuma geldi. Dediklerinle tam raziyam. Reshxan da yerinde qeyd etdi ki burda tek ish sahesinde yox, cox sahede tecrube qazandiq. Sene karyeranda ugurlar, INSHALLAH daha yuksek vezifelere catarsan. Amin!
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Elchin, qardaw cox sag ol, minnetdaram. Mumkun qeder semimi ve kreativ post olmasina caliwmiwam. Wadam ki terife layiq gordun. Duzdu, heqiqeten menim ucun de bu cox boyuk tecrubedi. Eminem ki, Inshallah her bir eziyyetimin behresini gorecem. Amin!
Tewekkurler)
BəyənBəyən
Hormetli Agalar, senin shirketimiz haqqinda yazdigin fikirlerin teqdire layiqdir ve alqishlanasidir. bu gun sen shirketimizin bir parcasi oldugun ucun fexr edirsenese biz de senin kimi deyerli insanlarla ciyin-ciyine calishdigimiza gore sevinirik.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Hormetli Ramil muellim, diqqetinize ve qayginiza gore size minnetdaram. Eger sizin 2 il once mene etimadiniz olmasaydi belke men hal hazirki fexr edici anlari yawamamiwdim. Siz ve sizin kimi hormetli, deyerli wexslerden numune goturerek bundan sonra da (Reshxan muellimin dediyi kimi) elimden gelenin daha artigini etmeye caliwacam! Her weye gore tewekkurler.
BəyənBəyən
Agalar bey, bu meqaleden sonra dusunurem ki,sizi qarsida boyuk nailiyyetler gozleyir.Engin qazandigi ugurlarda tebii ki sizinde payiniz var.Sizin kimi iscilerle islemeye bize xoshdu.
.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Letif muellim, elbetde ki wirketimizin elde etdiyi ugurlarda menim de payimin olmasi cox sevindirici haldi. INWALLAH daha da boyuk ugurlara imza atari! Bir daha tewekkurler…
BəyənBəyən
Men seni tanimiram ama sherhine qatiliram, Adlarini cekdiyin sehxsler yazdiqlarima layiqdir. ENGIN LTD heqiqeten nomre 1 dir
Bəyəntərəfindən bəyənildi 1 şəxs