
Hər kəsə salamlar. Söz verdiyim kimi mən yenə gəldim. Şükür sağ-salamat Bakıdayam. Bildiyinizə görə 79 gənc liderlə Qış Universitetinin “Sığortalı Gələcək” layihəsi ilə bağlı Qəbələyə səfər etmişdim. Bu səfər mənim həyatımda çox böyük bir təcrübə oldu. Ən əsası da odur ki, yeni-yeni dostlar, nəailiyyətlər, əldə etdim. Sizlərə bəzi reallıqları bildirmək istərdim…
Sözün düzü çoxları düşünür ki bizlər ora kefə, dincəlməyə, hətda əyləncəyə getmişik. Hər dəfəsində də mənasız və yersiz suallar verirlər. Misal üçün: Ora necə getdin? Nə qədər pul verdin? İstirahətin necə keçdi? Orda nəsə edə bildin? (yəqin ki aydın oldu nə mənada) və s suallar. Burdan səslənərək hər kəsə deyirəm ki: “Bizlər ora nə kefə, nə də ki fırlanmağa getmişdik!!!” Buna sübut olaraq ən azından ora seçilən gənclərin fərqliliyini misal göstərmək olar. Məqsədimiz əlimizə düşən şanslardan maximum yararlanaraq dəyərli ekspertlərdən lazımi informasiyaları toplamaq və düşüncə tərzimizi inkişaf etdirmək idi. Şükür buna da nail olduq. Özümə gədikdə isə, onu deyə bilərəm ki, inanın 30 dəqiqə də olsun boş vaxt tapıb özümün dincəlməyinə sərf edə bilmədim, heç hovuzda çimə bilədim də((( Vallah bir qram da olsun təəssüflənmirəm ki, neçə gün beş ulduzlu oteldə, “Qafqaz Riverside Hotel”de qalsam da otelin hovuzundan istifadə edə bilməmişəm. (Nəzərə alın ki, bu şansdan heç kim vaz keçməzdi) Bunun da səbəbi hər gün müxtəlif panellərin və gecə performansların olması idi. Bacardığımız qədər hər gün üçün hazırlıq görürdük. Ora qaç, bura qaç, panellər, yarışlar, kreativ performans hazırlıqları lap adamı yorurdu. Əvvəlcədən komanda yoldaşlarıma dediyim kimi biz ora istirahətə yox, komandamızın qələbə şərəfinə görə əsgərliyə gedirik!!! Çünki səhər 8de idman etmək, səhər yeməyi yemək, gündəlik qızğın məşqlər, günorta yeməyi, müxtəlif panellər, şam yeməyi, gecə kreativ performanslar göstərmək və nəhayət isə axşam saat 12də adboy rota hər kəs yatmağa. Bax bunlar hamsı vaxtı-vaxtında olmalıydı, geçikməmək şərti ilə. Bütün bu kriteriyalara cavab verən komanda fərqlənirdi. Mən də buna əsaslanaraq demişdim. Rəqabət, inciyliklər oldu, gərgin mübarizə getdi amma yenə də dostluq münasibetlərimiz yerində qaldı. Fərqindən aslı olmayaraq qalib gələcək komandanı ürəkdən təbrik edirəm. Gəlin həmişə hər birimiz “BİRLİK”də ”İNKİŞAF” edərək, ”ETİMAD” qazanaraq, ”UĞUR”la “TƏRƏQQİ”yə nail olaq!!!
Layihəyə gəldikdə isə “Maliyyə Nazirliyi”nin, Gənclər və İdman Nazirliyinin və İRƏLİ” İctimai Birliyinin birlikdə təşkil etdiyi ən brend layihələrdən biri idi. Bu layihədə şirkət prezidentlərindən tutmuş, millət vəkillərinə kimi çoxlu ekspertlərlə rəsmi və yaxud qeyri-rəsmi görüşlər oldu. Hər bir ekspertin özünə məxsus çıxışı oldu amma mənim üçün ən təsirli və yadda qalan çıxışlar Ceyhun Osmanlı, Bəhram Qurbanov və Fərid Novruzi tərəfindən oldu. Hər bir görüşlərdən çox stimul, ders aldım, nəticə götürdüm. Hörmətli insanların sözləri ilə desək “Ən uca zirvəni xəyal edin!!!” (Fərid Novruzi), ”Təslim olmayın, mübarizə aparın!!!” (Behram Qurbanov), ”Bir neçə ildən sonra dövlət qulluğunda və yaxud yüksək vəzifədə çalışan şəxslər, SİZ GƏNCLƏR olacaqsız!!!” (Ceyhun Osmanlı). Bu cümlələrdən çox enerji alaraq, həvəslənərək öz məqsədimə doğru yalnız irəli => addımlamağı məqsəd etdim!!!
Sonda isə başda İRƏLİ İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Qəbələ İcra hakimiyyəti və hörmətli ekspertlər olmaqla, bu layihənin maraqlı keçməsində rolu olan hər bir komandanın üzvlərinə sonsuz təşəkkürümü bildirirəm. Eziz gənclər, sizlərin də aktiv olaraq belə möhtəşəm layihələrə qatılmağınızı arzu edirəm. Budur söz verdiyim kimi gəldim. İndi yenə gedirəm, gedirəm ki növbəti postlarda sizlərlə yenə görüşüm… Dostlar “İRƏLİ”, ”İRƏLİ” yalnız ”İRƏLİ” =>
Hörmətlə: Mikayıllı Ağalar…
Bu slaydşou üçün JavaScript lazımdır.
Bunu bəyən:
Bəyən Yüklənir...
Aghalar Mikayilli haqqında
Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!!
Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...