
Həyat! Həyat kimlər üçün çox qəribədi, kimlər üçün isə daha maraqlı yaşam tərzidi. Bəzən belə də deyirlər: Eşi 5 günlük dünyadı, həyatdi da özüm üçün yaşayıram… Nə bilim daha nələr! Unutmaq lazım deyil ki, doğrudan da həyat surprizlərlə doludu. İstənilən an sən ya pisliklə və ya yaxşılıqla bağlı olan hər hansı bir situasiyayla, ya da ki pis və ya şad xəbərlə qarşılaşa bilərsən. . .
Bir dəfə ofisdə olarkən dostlarım nəsə güləşlə bağlı hansısa yarışdan danışırdılar. Bu mənə çox maraqlı gəldi və başladım bu haqda ətraflı informasiya toplamağa. Sonda aydın oldu ki, bu yarış Heydər Əliyevin xatirəsinə həsr olunmuş QIZIL QRAND PRİX finallarıdı. Mən də öz növbəmdə bu işdə məsul olan Xəqani Fərəcov-a müraciət edərək bu yarışda könüllülərdən biri olmaq istəyimi bildirdim. Razılıq aldım, çox sevindim amma bu işdə təcrübəsiz idim. Bu mənim ilk valantiyorluğum olacaqdı deyə həyacan da var idi. Nəysə sözün qısası bir təhər olsa da mənə də komanda seçildi, “NORVEÇ”.
Mənə verilən məlumata əsasən Norveç komandası iyun ayının 8-i saat 17:45-də Heydər Əliyev adına havalimanında olacaqdı. Buna görə də saat 6-da xüsusi olaraq sifariş verilmiş avtobusla havalimanına getdik. Orda nə az nə çox düz gecə saat 00:30 kimi gözlədik. Əsəblərimiz, səbrimiz tamam daralmışdı. Gözləmə zalında belə yatıb qalmışdım. Axırda gəlib çatdılar. Gec gəlsələr də gözləməyə dəyərdi. İki səmimi insan biri
məşqçi Fritz Bryting Aanes və o biri isə güləşçi Thomas Rønningen idi. Onlarla elə ilk görüşdən rahat ünsüyyət qura bildim. İdmançı olmalarına baxmayaraq dartanyanlıq, özündənrazılıq deyilən bir şey yox idi. İki gün onlarla maraqlı gün keçirdim. Yarışlarını izləyirdim. Düzdü Thomas ilk görüşlərində çox gözəl təsir bağışlasa da sonda azəri güləşçiyə məğlub oldu. Məğlubiyyətə heç də üzülmədi. Bilirdi ki, onsuzda azəri güləşçiləri güclüdü…
Heydər Əliyev kompleksində keçirilən bu yarışda mən çox hadisələr gördüm. Möhtəşəm qalibiyyəti, biyabırçı məğlubiyyəti, müəllimin öz qız tələbəsini (uduzduğuna görə) döyməsini, güləşçilərin (oğlan, qız) göz yaşlarını, bəzən dəli nərə çəkənləri, hirsindən nəyisə vurub dağıtmaq istəyənləri, daha kimləri və nələri gördüm. Hətda bu olanlar bir qırağa yarışın sonunda YAXT klubda keçirilən möhtəşəm tədbirdə yenidən mehribancasına deyib-gülənləri, yeyib-içənləri, özünü diskotekada hiss edib ortalığa düşən və ölümünə rəqs edənləri, medlenıy tansı güləş fənləri kimi oynayanları da gördüm))) Belə davam etsəydi “ALLAH” bilir sonra necə maraqlı hadisələrin şahidi olacaqdım. Ümumiyyətlə götürdükdə isə bu yarış mənə əlavə çoxlu biliklər və lazımi tecrübə verdi. Sonda könüllü olaraq çekdiyimiz iki günlük əziyyətin əvəzində CERTİFİCATE də əldə etdim. Bütün bunlara görə X. Fərəcova dərin təşəkkürümü bildirirəm…
Hörmətlə:
MiKAYILLI AĞALAR.
Bu slaydşou üçün JavaScript lazımdır.
Bunu bəyən:
Bəyən Yüklənir...
Aghalar Mikayilli haqqında
Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!!
Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...
tebrikler!:)ugurlarinin davamli olmasini dileyirem..)
BəyənBəyən
Cox sag ol, twk edirem. Ele sen de sukani bele saxla ugur ele ozu seni tapacaq)))
BəyənBəyən
Oxuduqlarıma əsasən bu təcrübə hamıda xoş xatirə izi buraxıb. Bundan da böyük uğurlara imza atmağınızı diləyirəm.
BəyənBəyən
Duzdu bu yariwda cox weyler gorduk, cox weyler de oyrendik. Her weye gore twkler) Men de ele sizi tebrik edirem. INWALLAH ugurlrarinizin ardi gelsin…
BəyənBəyən