RSS Qidalandırıcısı

AZƏRİ OĞLANLARA VETO…

İstərdim  sizlərə  rast  gəldiyim   bir  əhvalatdan  danışım  və  bəzi  qızlarımızın  fikirlərindən  sizləri  xəbərdar  edim.  Sözün  açığı  bu  postu  bir  neçə  gün  bundan  əvvəl  yazacaqdım  amma  bəzi  səbəblərə  görə  gecikdi.

Deməli  belə,  bir  gün  işdən  cıxıb  həmişəki  kimi  ofisə  daha  dəqiq  desək  “iRƏLi”-nin  Gənclik  Mərkəzi  adlanan  baş  ofisinə  gedirdim.  Metrodan  çıxıb  İçərişəhərin  dar  küçələri  ilə  gedərkən  2  qız  və  1  oğlanla  rastlaşdım.  Özləri  üçün  deyib-gülüb  söhbət  edirdilər.  İstəmədən  olsa  da  onların  dialoqunu  eşitdim.  Qızlardan  biri  rəfiqəsinə  elə  bir  cümlə  dediki  mənim  yerimdə  olan  hər  bir  oğlan  sözün  həqiqi  mənasında  bu  eşitdiklərinə  çox  heyfslənərdi.  Mənə  maraqlı  gələn  o  dur  ki,  görəsən  onların  yanındakı  qaqaşın  qulaqları  hardaydı?!.  Nəysə.  Buyurun  baxın  və  görün  2  azəri  qızı  nədən  danışır.

a___  Ay  qız  yoxeee  bele  olmaz…

a___  “ÖLSƏMDƏ  MƏN  HEÇ  VAXT  *AZƏRBAYCANLI*  OĞLANLA  AİLƏ  HƏYATI  QURMARAM”

b___  UYDAAA   SƏN  MƏNİM  ÜRƏYİMİ  OXUDUN!

b___  MƏN  DƏ,  MƏN  DƏ!

1  ci  qızın  nəyə  görə  belə  deməsi  ve  2  ci  qızın  nəyə  görə  belə  canfəşanlıq  etməsi  mənə  çox  qəribə  gəldi.  Axı  nəyə  görə  onlar  belə  fikirləşməlidirlər?  Məgər  azəri  oğlanları  beləmi  pisdi?  Yoxsa  onlar  avropa  oğlanlarına  daha  çox  üstünlük  verirlər?

Mənə  elə  gəlirki,  bəzi  qızlar  azəri  mentalitetini  qəbul  etməyərək  daha  demokratik,  müvəqqəti  ərlər  axtarırlar…

Sizin  də  fikirlərinizi  bilmək  daha  maraqlı  olardı!

Hörmətlə:

MİKAYILLI  AĞALAR.

Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

8 cavab

  1. Agalar,seninle raziyam ama bezen ele oglanlar var ki meiset duwuncesindedirler.bu gun men yol ile gederken atan yawinda kiwi qizi yawinda xanima satasirsa,men sadce tesuf edirem.bezen kimise qinamaqdansa,hemin duwuncenin kokunu,sebebini arasdirmaq lazmdr..bunlara baxmayaraq esl Azerb oglunu hec bir xarici oglanlara deyismerem!

    Bəyən

  2. Vaxt var idi Haci Zeynalabdin kimi dahiler azerbaycanli beylerin gedib xarici qiz almamasi uchun azerbaycanli qizlarin tehsil almasi ugrunda mubarize apariblar, indi de bunlar bizi beyenmir))) Ama her halda mene ele gelir ki bu cur qeyri-standart dushunenlerin sayi chox deil.
    teshekkur

    Bəyən

  3. Danilmaz fartdir ki indi bizim oglanlarin 80% valideynlerinin tekidi ile yaxin qohumlarla evlenirler(xalaqizilar ustunluk teshkil edirler)…Qalani Rusiyada rus “babalari”ile…(gelib bir Azeri qizi da alib qoyurlar valideynlerinin yanina ki onlara qulluq etsin…ve yene qayidirlar Rusiyaya)…
    Odur ki sebebi ozunuzde axtarin ay Azeri oglanlari…

    Bəyən

  4. Salam,men size bir nece sebebi deye bilerem.Kucede gedirsen,baxirsan ki,qizlara oglanlar terefinden o qeder alcaldici sozler deyilir meettel qalirsan.Qonsumuzda gozel ve agilli bir qiz var.Nece illerdi isleyir,indi oz magazasi,salonu,masini var,qonsudaki oglanlarin hamisi onun nece agilli bir qiz oldugunu bile-bile hamisi deyir ki,allah bilir masini ona kim alib.
    Bacim mekteb derslerinden cixib hazirliga gedirdi,qis aylarinda 1az qaranliga dusurdu eve gelisi,hergun goz yasiyla gelirdi eve,deyirdi ki,pis-pis sozler deyir oglanlar mene.
    Ve bizim oglanlarimizin coxu qizlarla aqressiv danisirlar.
    Ve bizim oglanlarla evlenen qiz yalniz usaq dunyaya getirmek,yemek bisirmek ucun evlenir,teessuf ki,1cox Azerbaycan oglani namuslu arvadini qoyur evde ozu istediyini edir,qadin bir kelme sorusa da bilmir ki,niye eve gec geldin,ve ya zeng edib seni Rusiyaya cagiran kim idi.Cunki bilir ki,bu sualdan sonra en azindan agzinin ustune ele bir zerbe deyecek ki…
    Ve youtubda “Elgizli axsamlar ailesini rus qizina deyisdi”axtaris versez gorersiz.Deye bilersiz ki,bir neferi haminin adina cixmaq olmaz,ama men bunun oz etrafimda qonu-qonsuda,tanislarda,qohumlarda,aile dostlarimizda cox sahidi olmusam.
    Ve xaricilere qaldiqda ise onlar hec de biz dusunduyumuz kimi deyiller.Menim kohne is yoldasim qiz ingilisle evlidi,cox da xosbextdirler,menimailem naraziliq etmese men de xarici ile aile qurardim.

    Bəyən

  5. eslinde Azerbaycanli ya da xarici oglanla evlenmek meselesi daha cox qizin meqsedinden asilidi – sadece evlenmek xatirine evlenenler var (cox teessuf ki),pul var-dovlet shan-shohret xatirine evlenenler var (cooooox teessuf ki) ve sevib evlenenler var ( ne yaxsi ki)….1ciler – eeee yashim catib,uje kecir de hetta,evdekiler de bezdirib,tez nese elemek lazimdi deyib evlenirler,ele bil ushaq oyuncagidi,hec baxmirlar da,ona kimi aldilar….2ciler de maddiyyata,gosterishe onem veren insanlardi,mence,fikirlesirler ki, ecnebilerin basini tovlamaq,istediyini yeritmek asan olacaq,hem de qadaga yox,onu geyinme,bura getme,onunla danishma kimi mehdudiyyetler de yox – deyib Azerbaycanli oglanlardan qacirlar (eslinde Azeri oglanlarini beyenmediklerine gore yox,aldada bilmeyeceklerni dusunduklerine gore istemirler ;))…ve nehayet 3culer – sevib evlenenler…sevgide de yalniz urey ishleyir,o da ki, dil,din,irq filan tanimir………….Yeni ki,insandan asilidi cox shey (ve torpaq cekir’ sohbeti de sehv deyil)…meselen,men bu yaxinlarda bir sheye emin oldum ki, Azeri oglanlarini basqa milletin oglanlarina deyishmerem….:)

    Bəyən

  6. Azerbaycan qizlarini bu deqiqe en cox narahat eden meselelerden biri de, aldanmaqdir. Yeni qizin oglan terefden aldanilmasi. Ele bu movzumuzda da qizlarin “azerbaycanli oglana ere getmerem” mesaji yuxarida qeyd etdiyim “Aldanmaq” meselesinden ireli gelir. Cunki, en azindan oglanlar da hec de Peygember ovladlari deyiller.
    Muasir azerbaycanli oglaninin dushunce terzini gostermek isterdim.
    Oglan qizla gorushe cixir ve beyninde bir plan hazirlayir. Meselen, eger qiz xoshuma gelse onda qizla davam etmeye deyer, eger yox xoshuma gelmese, yene de ferqi yoxdu. Qiza guler uz gosterib bir muddet gezdikden sonra bir problem yaradib ayrilaram.
    Sual ola biler ki, goresen oglan qizin neyini beyenmeyib ki, onunla vaxt kecirtmeye bashlayir? Bunun da cavabi var. Umumiyyetle oglan qizla gorushende onun bir cox funksiyalarina fikir verir. Mesele: uzune cekdiyi boyaya, yerishine, geyim formasina, ozunu aparmaq qabiliyyetine, davranishina ve,s. Bu da tebii haldir. Ve mene ele gelir ki, sadaladigim bu gostericilerden hansisa biri abartili shekilde ozunu buruze verirse, bu halda oglanin beyninde melum olmayan viruslar onun qiza qarshi olan ideyasini deyishir. Oglan fikirleshir ki, qizin bele dar geyinmesi ve yaxud pamadanin cagirici derecede surtmesi, ya da yerishinde qeribelik hiss etmesi oglanin qiza qarshi planlarini bashqa istiqamete aparir. Neticede, oglan da fikirleshir ki, eybi yox, sevmeli qiz olmasa da “firlatmaga” deyer. Belece qiz da aldanir. Belke de ona gore de bezi qizlar cox aldandiqlari ucun deyirler ki, “azerbaycanli oglana ere getmerem”. Qizin sehvi onun tez aldanmagindadir.
    Yazdigim fikirlerde calishdigim qeder biteref qalmaq isteyirem. Her bir cinsin terefini tutmuram.
    Bir shey de demek isteyirem. Eger bizim gencler ozlerini azad sevgide Avropalilara oxshatmaq isteyirlerse, bu hec de yaxshi fikir deyil. Hetta realliqda bizim gencler avropalilari coxdan geride qoyublar biyabirciliqda. Cunki mentiqle goturende eger her 1 azerbaycanli oglan heyatinda 10 qizla gezib onu lekeleyibse, demeli her shey aydin olur. Dediyim son fikir tam real olan haldir. Sonra da deyirler ki, evlenmeli,terbiyeli qiz qalmayib.
    Son olaraq, ya gerek biz mentalitetimizi deyishek, ya da ozumu duzeldek!!!

    Bəyən

  7. AGALAR COX MARAQLI HADISEDI…… BUNA BENZER HADISE MENIMDE BASIMA GELIB…

    Bəyən

  8. Salam menimde bawime gelib waidi olmuwa
%d bloqqer bunu bəyənir: