RSS Qidalandırıcısı

Gəncə şəhərinin ərazisində qədim iri şəhər…

Azərbaycanın Gəncə şəhərinin ərazisində qədim iri şəhər aşkarlanıb
Azərbaycanın müasir Gəncə şəhərinin ərazisində vaxtilə “Laso” adlandırılan iri bir şəhərin olduğu aşkarlanıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının  Gəncə  Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədov bildirib.
O deyib ki, antik və ilk orta əsrlərdə Gəncə “Şəhər burnu”, başqa sözlə “Laso” adlandırılan yerdə olub.Arxeoloqun sözlərinə görə, o, Lasonu romalıların bizim eramızdan əvvəl ikinci əsrə aid tərtib etdiyi xəritədə aşkarlayıb. Həmin xəritədə Laso adi ilə göstərilmiş ərazi hazırkı Gəncə şəhərinin ərazisinə uyğun gəlir.”Gəncə deyildikdə, həmişə Gəncə çayı sahilində orta əsrlərdə olmuş Gəncə şəhəri nəzərdə tutulub. Əsl Gəncə isə “Şəhər burnu” deyilən ərazidədir. İndiyədək “Şəhər burnu” və ya Laso arxeoloqlar tərəfindən tədqiq edilməyib”, – Məmmədov qeyd edib.
O əlavə edib ki, tədqiqatları fərdi qaydada aparacaq. Tədqiqatlara iyulun əvvəlindən başlanacaq və bu işlər sentyabrın əvvəlinədək davam edəcək.
Tədqiqatlar zamanı, ilk növbədə, Lasonun iqtisadi-ticarət əlaqələri öyrəniləcək, bu böyük şəhərin digər ticarət şəhərləri ilə əlaqəsinin olduğunu göstərən tapıntılar üzə çıxarılacaq.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: