RSS Qidalandırıcısı

Azerbaycan-Almaniya oyunun qaliqlari…

Azerbaycan-Almaniya  oyunun  qaliqlari…

Axirki  Azərbaycan  və  Almaniya  milli  komandalarının  oyunu  keçirildi.  Hamı  qabaqcadan  bilirdi  ki,  bu  oyunu  şübhəsizki  Almaniya  udacaq.  Belə  də  oldu.  Amma  vətenin  gəncləri  olaraq  bu  oyunu  izləmək  ve  komandamiza  mənəvi  dəstəy  olmaq  üçün  stadiona  böyük  həvəslə  getmişdik.  Yenə  də  sonda  eyni  nəticə  oldu.  Mən  bu  postumda  futbolumuzdan  yox  (onsuzda  futbolumuzun  hansi  səviyyədə  olduğunu  çox  gözəl  bilirik)  futboldan  əvvəlki  ve  sonrakı  veziyyətlər  haqda  danişacam…

Deməli  belə,  azəri  mentalitetine  uygun  olaraq  hər  dəfə  keçirilən  yarışlar  vaxtı,  bayramlarda  qiymətlər  qalxır  od  qiymətinə.  Buna bəzən  el  arasinda   “dədələrinin  qiymətini  qoyurlar”  cümləsini  də  deyirlər.  Çox  uzağa  getməyəcəm,  elə  siraga  gun  bu  hal  baş  vermişdi.  Almaniya-Azərbaycan  oyununa  çoxlu  azərkeş  gələcəyinə  və  onların  təlabatına  əsaslanan  satıcılar  avtomatik  olaraq  qiymətləri  arsızcasına  100%  qədər  qaldırdılar.  Apardığım  müşaidələr  sayəsində  tərtib  etdiyim  statistik  nəticələri  sizlərə  də  göstərmək  istəyirəm…

Buyurun  baxin  (oyundan  əvvəl  “və”  sonrakı  qiymətlər)

Bulka  1  dene  50  qep  “və”  3  dene  1  azn.

Soklar  50-60  qep  “və”  20-30  qep.

Semiçka  30-40  qep  “və”  20  qep.

Peraşki  20-30  qep  “və”  10  qep.

Xaçapuri  40-50  qep “və”  20  qep.

Bilet  10  azn  “ve”  sonda  mənasız  1  kağız)))

Yuxarıda  “-”  işarəsi  yalvar  yaxardan  sonra  filan  qiymətdən  filan  qiymətə  enməni  bildirir.  Bu  qiymətlərə  baxmayaraq  yenə  də  güclü  alış  veriş  getdi.  Hətda  satıcılardan  bir  neçəsinin  dialoqunu  eşitdim.

—-  əəə  sən  neylədin?  nə  qədər  satdın?

—-  Hardasa  100-dən  çox  satmışam…

Bu  tipli  hadisəyə  misal  olaraq  1  şəkil  də  cəkmişəm  uşaqlar  oturub  əldə  etdikləri  pulu  bölüşürlər.

Onu  bildirmək  istəyirəm  ki,  korrupsiyaya  qarşı  tədbirlər  görülsə  də  özbaşınalıq  yenə  də   öz  sözünü  dedi!  Mənə  çox  maraqlıdı  axı  niyə  özlərini  axrıncı  yola  qoyub  bunu  adi  günlərdə  yox  fərqli  günlərdə  edirlər?  Məlumdu  ki  fürsətdən  istifadə  edib  çörək  pulu  qazanırlar.  Bəyəm  bunu  halal  yolla  etmək  olmaz?…

Nəysə…  Almaniya-Azərbaycan  oyunundan  sonra  yadda  qalan  yalnız  30.000-den  cox  azerkewin  əsəbləri,  qalxan  qiymətlər,  pis  günə  düşmüş  stadion  və  stadion  ətrafı  ərazilər  oldu…

Bu slaydşou üçün JavaScript lazımdır.


Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: