Çində “Apple” şirkəti üçün iPad2 kompyuterlərinin istehsalı dayandırılıb.Çinin Sıçuan əyalətinin Çendu şəhəri yaxınlıxında “Foxconn” şirkətinin müəssisəsində güclü partlayış baş verib. “The Guardian” qəzetinin məlumatına görə, iki nəfərin öldüyü təsdiqlənib, 10-dan şəxs xəsarət alıb. Şirkətin nümayəndələri bildiriblər ki, adamlar yanğın nəticəsində xəsarət alıblar. Digər məlumatlara görə, 16 nəfər yaralanıb. Yaralanınlardan 3-ünün vəziyyəti ağırdır. Hadisə yerindən çəkilmiş kadrlarda tustu burumları görünür.
“Foxconn” şirkəti əsasən Amerikanın nəhəngi “Apple” üçün iPhone smartfonlarının və iPad planşet komyuterlərinin istehsalçısı kimi tanınır. Bundan başqa, müəssisənin “Nokia”, “Motorola”, “Hewlett-Packard” və “Dell” kimi məşhur tərəfdaşları da var. Ümumilikdə “Foxconn” da 900 min nəfərə, hadisənin baş verdiyi fabrikdə isə 100 min nəfərə yaxın adam çalışır. İri zavodlardakı əəmk şəraiti dəfələrlə müzakirə mövzusuna çevrilib.
“Apple” şirkəti hələlik vəziyyəti şərh etməyib. İTAR-TASS-ın “The Wall Street Journal”a istinadən verdiyi məlşumata görə, zavodun konveyeri partlayışın səbəbləri aydınlaşanadək dayandırılıb.
iPAd istehsalının dayandırılması “Apple” üçün sərfəli deyil. Şirkət hələlik ikinci nəsil planşet kompyuterlərinə olan tələbatı tam ödəmək gücündə deyil. Kompyuterlərin ABŞ-da satışına martda başlanılıb. Hələ iPAd2 təchizatı bazarın artan tələbatını ödəmir.