“Hər şey göz qabağındadı. Çempion olduq. Özü də necə. Ötən mövsüm 5-ci olandan sonra prezidentimiz Sadıq Sadıqovun rəhbərliyi altında indiki uğurun təməlini qoyduq. Heyətdən 17 nəfəri göndərdik. Yeni komanda qurduq və görülən işlər bəhrəsini verdi”. “Neftçi” rəsmisi “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin ittihamlarını cavablandırnmağı özünə borc bildi: “Neftçi”ni gözü götürməyənlər var. Paxıllar çoxdu. Biri elə Kamran Ağayev. Kamran üçün gündəlik həyatda da xətt çəkilməsini təklif edirəm. Bəli, düz eşitdiz – xətt. Xətt çəkilməlidi ki, yerini bilsin və cızığından çıxmasın”. Elnur Əşrəfoğlunun Kamran barədə şok xəbər verdi. Onun sözlərinə görə “Xəzər Lənkəran”ın qapıçısı “Neftçi”də oynamaq istəyir. “Kamran 2 ildi “Neftçi”yə gəlmək istəyir. Qapıçılarla işləyən məşqçimiz Neboyşa Mixayloviçə yaxınlaşaraq istəyini dilə gətirib. Onun fikri-zikri “Neftçi”də oynamaqdır. İndi götürmürük deyə qalıb yana-yana. Nə gəldi danışır. Bəlkə fikirləşir ki, bu cür danışmaqla Mais Mənsimovdan ənam alacaq”. “Neftçi”nin sözcüsü Kamran Ağayevin antifutbol ittihamlarına da mübasibət bildirdi: “Nə antifutbol? Hakim “Xəzər Lənkəran”ın futbolçusuna qırmızı vərəqə göstərdi? Bəlkə biz ayrı oyuna baxmışıq? Kamran özünə baxsın. Qolu onun “quş”undan sonra vurduq. Azlıqda ikən “Neftçi” daha yaxşı futbol nümayiş etdirdi”. Sonda Elnur Əşrəfoğlu Kamran Ağayevə “Neftçi”yə “ilişməməyi” tövsiyyə etdi: “Kamran Ağayev məhəllə uşaqlarını başına yığıb almanlardan 6 top buraxması danışsın. Avrokuboklarda Moldova klublarına uduzmaqlarının səbəblərini izah etsin. “Neftçi” ilə işi olmasın. “Neftçi”nin bostanına daş atanın, həyətinə kubik atarıq”. |