RSS Qidalandırıcısı

BƏZİ DÖVLƏT QULLUQÇULARI 65 YAŞDAN SONRA DA İŞLƏYƏ BİLƏCƏK…

Musa Quliyev: “Bu insanların hamısı eyni zamanda təqaüdə göndərilməyəcək”.Parlamentin dövlət büdcəsindən maliyyələşənlərə işləmək üçün təsdiqlədiyi yuxarı hədd – 65 yaş 125 mindən çox insana şamil olunacağı gözlənilir. Amma dövlətin xüsusi kateqoriyaya saldığı insanlar var ki, bu qanun onlara tətbiq olunmayacaq. Bununla da, bəzi dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcək.Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, hazırda işləyən pensiyaçıların sayı 125 min nəfərə yaxındır: “Bunların da tam böyük əksəriyyəti, 85-90 faizi dövlət müəssislərində işləyir. Təxminən bu qanun 100-110 min nəfər insana şamil olunacaq. Bu insanların hamısı eyni zamanda təqaüdə göndərilməyəcək”. 

Hər bir müəssisədə 1 faizə qədər yaşı 65-i keçən insan öz işində qalacaq. Bütövlükdə isə bir sahə üzrə 5 faizə qədər belə insan işini itirməyəcək. Bundan başqa “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklərə görə, I və IV kateqoriya dövlət qulluqçuları 65 yaşından sonra da işləmək hüququna malikdirlər. Digər kateqoriyalarda da istisnalar var. 

Musa Quliyevin sözlərinə görə, xüsusi dövlət təltifləri, fəxri adlar, cəmiyyətin inkişafında xüsusi xidməti olan insanlara istisnalar var: “Əmək Məcəlləsində edilən dəyişiklikdə də səhiyyə, təhsil, mədəniyyət sahəsində xüsusi xidmətləri, adları olan insanlar 70 yaşından sonra da öz fəaliyyətlərini davam etdirə biləcəklər”. 

Musa Quliyev bildirib ki, beynəlxalq təcrübədə də dövlət müəssisələrində işləyənlər üçün belə yaş həddi müəyyənləşdirilir. Amma bu insanlar özəl sektor və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərə bilərlər. Bundan başqa bu qanun yaşlı insanlara özləri və ailələrinə daha çox diqqət yetirməyə imkan verir. 

İşdən çıxan insanların təqaüdlərinə gəldikdə isə millət vəkili deyir ki, onlar normal pensiya alacaqlar. Belə ki, “Pensiya haqqında” qanuna edilən dəyişikliklərdən sonra hər bir insanın təqaüdü orta hesabla 80-90 manat artacaq. Başqa sözlə, pensiyanın orta aylıq məbləği 140 manatdan 150 manatadək yüksələcək.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: