RSS Qidalandırıcısı

“İRƏLİ” İctimai Birliyi beynəlxalq sertifikata layiq görülmüşdür…

“İRƏLİ” İctimai Birliyi dünyanın ən böyük ekoloji kampaniyası olan “Earth Day 2011”-ə verdiyi töhfəyə görə “Earth Day Network” adından təşəkkürnamə ilə təltif olunmuşdur.“Biz sizin “Yer Kürəsi Günü” və hər gün planetimizə və bütün insanlığa göstərdiyiniz xidməti ürəkdən alqışlayırıq” deyə “Earth Day Network”un prezidenti Ketlin Rocers qeyd etmişdir. Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə “Earth Day” kampaniyası çərçivəsində Yeni Suraxanı qəsəbəsində yaşıllaşdırma aksiyası həyata keçirmişdir. Aksiya çərçivəsində 50 nəfər gənc tərəfindən 100 ağac əkilmiş, həmçinin yaşıllıqlara qulluq edilmişdir.

Earth Day münasibətilə, həmçinin “Planetimizi tanıyaq” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində “İRƏLİ” İctimai Birliyi “Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə” İctimai Birliyi ilə birgə 200 nəfər gəncin iştirakı ilə təqdimat keçirmişdir. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, 22 aprel tarixi ötən əsrin 70-ci illərindən etibarən “Yer Kürəsi Günü” (Earth Day) kimi qeyd olunur. Hal-hazırda dünyanın ən böyük ekoloji kampaniyalarından biri olmaqla, 150-dən artıq ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer Kürəsi Günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. “İRƏLİ” İctimai Birliyi adı çəkilən kampaniyanın dünya üzrə koordinə edən şəbəkə – “Earth Day Network”un Azərbaycan üzrə ilk və rəsmi tərəfdaşıdır.


Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: