RSS Qidalandırıcısı

“Hörümçək adam” dünyanın ən hündür binasına qalxıb…

828 metr hündürlükdəki binaya qalxmağa 6 saat lazım olub.

Fransalı “Hörümçək adam”  ləqəbi ilə tanınan və hündür binalara  dırmaşan idmançı Alen Rober (Alain Robert) bu dəfə Dubayda dünyanın ən hündür göydələni olan Burc-Xəlifəyə dırmaşıb. Alen Rober 828 metr hündürlüyü olan binaya cəmi altı saat ərzində qalxıb. Tədbirin təşkilatçılarının tələbi ilə alpinist göydələnə xüsusi  sığortalayıcı  kəndirin köməyi ilə çıxıb. O, bu vaxtadək dünyanın ən uca binalarına heç bir sığorta olmadan dırmaşıb. Rober etiraf edib ki, 700 metr hündürlüyü olan binanı fəth edən zaman güllənin quruluşunu nəzərə alaraq mütləq alpinist üçün nəzərdə tutulan ləvazimatdan istifadə etməlidir. 

Onun göydələnə qalxmasını minlərlə insan izləyib, aşağıda isə təcili yardım maşınları növbədə durub.
Adətən alpinistin hakimiyyətlə problemləri olur. Çünki o, hündür binalara qalxmaq üçün rəsmi icazə ala bilmir. Lakin bu səfər o, göydələnə əvvəlcədən şirkət rəhbərliyinin icazəsini alaraq çıxıb. 
Qeyd edək ki,  fransalı “Hörümçək adam” Nyu-Yorkda “Empire State Building” gülləsi, Malayziyada “Petronas” qalası və Çikaqodakı “Willis Tower” göydələni də daxil olmaqla  70-dən çox uca binaya qalxıb. 
Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: