RSS Qidalandırıcısı

MALİYYƏ NAZİRLİYİ TEST İMTAHANININ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB…

Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi test imtahanın nəticələrini açıqlayıb.Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmiş 5 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 2 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 48 nəfər fiziki şəxslərdən isə 25 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun keçirilir

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: