RSS Qidalandırıcısı

“iRELi” Ictimai Birliyi “Eurovision 2011”-le bagli Turk dunyasina seslendi…

Bu slaydşou üçün JavaScript lazımdır.


Azərbaycan-Türkiyə daima istər siyasi, istərsə də iqtisadi, mədəni sahələrdə bir-birinə dəstək olmuş, ən çətin günlərdə bu iki qardaş ölkə daima bir-birinə arxalanmışlar. Bu əməkdaşılq ən yüksək formada mədəniyyət sahəsində də mövcuddur. Hər il keçirilən “Eurovision” musiqi yarışmasında qardaş ölkələrin bir-birini ən yüksək xal ilə qiymətləndirməsi hər iki xalqın dostluğunun göstəricisidir.


Bu dostluğu, bu birliyin gücünu dünyaya bir daha nümayiş etdirmək üçün 14 may tarixi ən uyğun zamandır.

12 may 2011-ci il tarixində Qız Qalasının önündə türk dünyasınının “Eurovision 2011” mahnı müsabiqəsində yeganə təmsilçiləri olan Eldar Qasımov və Nigar Camalı dəstəkləmək məqsədilə Azərbaycanlı və Türkiyəli gənclərin təşkilatçılığı ilə tədbir həyata keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycan və Türkiyəli gənclər adından 200 milyonluq türk dünyasına səslənərək, onları türk dünyasınının bu müsabiqədə yeganə təmsilçiləri olan Eldar Qasımov və Nigar Camalı finalda dəstəkləməyə çağırmışdır. Xüsusilə Avropada yaşayan Türkiyə və Azərbaycan sevdalılarından təmsilçilərimizi dəstəkləməkdə fəallıq göstərmələri arzu olunmuşdur. Bildirilmişdir ki, Azərbaycanın finalda iştirakı əslində həm də Türkiyənin finalda iştirakıdır. 1saat davam edən tədbirdə 150-dən çox Azərbaycanlı gənc və Azərbaycanda təhsil alan türk tələbələri iştirak etmiş, çoxlu sayda sloqanlar səsləndirmiş və sloqanların əks olunduğu posterləri nümayiş etdirmişdir. Tədbir zamanı, həmçinin  Azərbaycan və Türkiyə təmsilçilərinin müxtəlif illərində Eurovision müsabiqəsində ifa etdikləri mahnılar səslənmiş, “Urban Art Azerbaijan” təşkilatının fəalları tərəfindən xüsusi ayrılmış stenddə Graffiti üslubunda mövzu ilə bağlı divar rəsmi çəkilmişdir. Sonda Türk-Azərbaycan birliyini bir daha nümayiş etdirmək məqsədilə tədbir iştirakçıları yallı rəqsini ifa etmişlər.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: