RSS Qidalandırıcısı

“EUROVİSİON 2011″İN YARIMFİNALLARINDA ÇIXIŞ ARDICILLIĞI…

“EUROVİSİON 2011″İN YARIMFİNALLARINDA ÇIXIŞ ARDICILLIĞI…

Təmsilçilərimiz Eldar və Nigarın çıxışı 18-ci nömrə altında olacaq.Sabah “Eurovision 2011” öz işinə start verir.Məlumata görə, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı “Eurovision” Mahnı Müsabiqəsinin I yarımfinal mərhələsi mayın 10-da, II yarımfinal mərhələsi isə mayın 12-də olacaq. Müsabiqənin finalı mayın 14-də baş tutacaq.

Bu slaydşou üçün JavaScript lazımdır.

Azərbaycan birinci yarımfinal mərhələsində çıxış edəcək. Təmsilçilərimiz Eldar və Nigarın çıxışı 18-ci nömrə altında olacaq. Romantik duet kimi tanınıb sevilən Eldar və Nigar “Running scared” mahnısını ifa edəcək.

Mayın 10-da keçiriləcək I yarımfinal mərhələsinin iştirakçıları bu sıra ilə səhnəyə çıxacaq:

1. Polşa 
2. Norveç
3. Albaniya
4. Ermənistan
5. Türkiyə
6. Serbiya
7. Rusiya
8. İsveçrə
9. Gürcüstan
10. Finlandiya
11. Malta
12. San Marino
13. Xorvatiya
14. İslandiya
15. Macarıstan
16. Portuqaliya
17. Litva
18. Azərbaycan
19. Yunanıstan

II yarımfinal mərhələsinin iştirakçılarının sıra nömrəsi bu ardıcıllıqladır:

1. Bosniya və Herseqovina
2. Avstriya
3. Niderland
4. Belçika
5. Slovakiya
6. Ukrayna
7. Moldova
8. İsveç
9. Kipr
10. Bolqarıstan
11. Makedoniya
12. İsrail
13. Sloveniya
14. Rumıniya
15. Estoniya
16. Belarus
17. Latviya
18. Danimarka
19. İrlandiya

Müsabiqəyə bu il 43 ölkə qatılıb. Hər yarımfinala qatılan 19 ölkədən 10-u finala düşmək şansı qazanacaq. Finalda 25 ölkə çıxış edəcək. Yerdə qalan beş ölkə “Eurovision” mahnı müsabiqəsinin sponsorları olan Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və İspaniyadır. Bu ölkələr finala avtomatik olaraq düşəcək. 

Qeyd edək ki, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision 2011” mahnı müsabiqəsində səs vermək üçün müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərə bilərsiz. Bir sms-in qiyməti 60 qəpikdir. 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. Bir nömrədən yalnız 20 səs göndərmək mümkündür. 

İştirakçı ölkələrin kodu çıxış nömrəsi ilə eynidir. Ölkəmizin yarımfinalda çıxışı 18-ci olduğundan Azərbaycanın kodu 18-dir. Final mərhələsində çıxış edəcək ölkələrin kodu isə yarımfinal mərhələsindən sonra keçiriləcək püşkatma zamanı bəlli olacaq. Finala birbaşa keçən “Böyük beşlik“ə daxil olan ölkələrin çıxış nömrəsi isə artıq məlumdur:
11. Fransa
12. İtaliya
14. Böyük Britaniya
16. Almaniya
22. İspaniya

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: