RSS Qidalandırıcısı

İNGİLİSLƏR SEÇKİ SİSTEMİNİ DƏYİŞMƏK İSTƏMƏDİLƏR…

Xalq liberal demokratların təklifinə “yox” dedi.İngiltərədə seçki sisteminin dəyişməsi ilə bağlı referendumdan “yox” cavabı çıxıb.

Xalq dəyişiklik təklifinin müəllifi olan hökumətin kiçik ortağını – liberal-demokratları kəmərsıxma proqramlarında oynadığı rola görə bu şəkildə cəzalandırıb.

Seçki sisteminin dəyişməsi təklifinə 6 milyon seçici “hə” deyib, “yox” deyənlərin sayı isə bunun ikiqatından da çox olub – 13 milyon.

Referendumla birlikdə İngiltərədə bələdiyyə seçkiləri və Qaller
,  Şotlandiya və Şimali İrlandiya parlamentlərinə seçkilər də keçirilib.

Şotlandiyada İngiltərədən ayrılaraq müstəqillik tələb edən Şotlandiya Milli Partiyası səslərin çoxunu qazanıb. Partiya 5 il içərisində İngiltərədən ayrılıb-ayrılmama məsələsini referenduma çıxarmağı planlaşdırır.

Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: