RSS Qidalandırıcısı

KİŞİNİN CAZİBƏDARLIĞI BARMAĞININ ÖLÇÜSÜNDƏN ASILIDIR…

 
 Kişinin cazibədarlığı onun barmaqlarının ölçüsündən asılıdır.Sən demə, qadınlar adsız barmağı şəhadət barmağından uzun olan kişilərin daha cəlbedici olduğu düşünürlər. Alimlərin fikrincə, araşdırmaların bu nəticəsi kişilərin üz cizgilərinin daha simmetrik olması ilə əlaqədardır. Daha öncə aparılan tədqiqatlarda 24-cü barmaq arasındakı hündürlük fərqinin cinsiyyət hormonu olan testesteronun səviyyəsi ilə bağlı olduğu ortaya çıxmışdı. Barmaq boyu arasındakı fərq nə qədər çox olsa, hormonun təsiri bir o qədər çox olur. Yeni araşdırma Cenevrə universitetinin mütəxəssisi Kamilla Ferdensinin rəhbərliyi altında aparılıb. Bunun üçün mütəxəssis qrupu qadınların kişilərdə daha yüksək testesteron səviyyəsinə diqqət edib-etməməsini yoxlamaq üçün eksperiment aparıblar. 1834 yaş arasında olan 80 qadına eyni yaşda olan 49 kişinin şəkli göstərilib. Qadınlardan onların cəlbediciliyini qiymətləndirmək tələb edilib. Testin nəticəsi isə birmənalı olub: adsız barmağı şəhadət barmağından nə qədər uzundursa, daha doğrusu testesteron təsiri nə qədər yüksəkdirsə, kişilər bir o qədər çox cəlbedicidir. Alimlərin fikrincə, qadınların belə kişilərə üstünlük verməsi onların daha sağlam nəsil artırmaq üçün şanslarını artırması ilə bağlıdır. 

Xatırladaq ki, bu iki barmğın uzunluğunun prostat xərçəngi ilə bağlılığı da müəyyən edilmişdi. Dekabr ayında nəşr edilən tədqiqatın nəticəsinə görə, sağ əlinin adsız barmağı daha uzun olan kişilərin xstələnmək riski 3 dəfə çoxdur.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: