
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın Qarsdakı erməni-türk dostluğu abidəsinin dağıdılması üzrə elan etdiyi tenderi qazanan şirkət bu prosesin icrasına başlayıb. Abidənin dağıdılması üçün istifadə olunacaq kran artıq Qarsa gətirilib. Fəhlələr bu gündən etibarən işə başladıqlarını deyiblər.
Hissələrə dağıdılaraq götürüləcək abidənin tender xərci 272 min lirədir. Təxminən 24.5 metr yüksəklikdəki iki dəmir-beton blokdan ibarət abidənin sökülməsi üçün şirkətə 60 gün vaxt verilib.
Hissələrə dağıdılaraq götürüləcək abidənin tender xərci 272 min lirədir. Təxminən 24.5 metr yüksəklikdəki iki dəmir-beton blokdan ibarət abidənin sökülməsi üçün şirkətə 60 gün vaxt verilib.