RSS Qidalandırıcısı

“Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov vefat etdi…

Bu gün günorta saatlarında ürək tutmasında qəflətən vəfat edən Milli Məclisin keçmiş üzvi, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovu cənazəsi “Təzə Pir” məscidinə aparılıb. Onun ölümü hər kəsi sarsıb. Dostları və tanıyanlar çətin də olsa, barəsində bir neçə kəlmə deməyə özlərində güc tapıblar.“Təzə Pir” məscidində ANS-ə açıqlama verən tanınmış şoumen, A.Məmmədxanovun dostu Murad Dadaşov deyib ki, Anar Məmməxanov Azərbaycan üçün kifayət qədər böyük nailiyyətlər qazanmış və qələbələr gətirmiş insan idi. O bildirib ki, heç vaxt düşünməzdi ki, nə vaxtsa onun ölümü haqqında söz deməli olacaq: “Düzdür, yaşca mən Anardan balacayam. Anar şərəfli bir ömür yaşayıb. Mən hələki şokdayam və hələ də bu hadisəni hiss etmirəm və düşünürəm ki, bu gün qurtaracaq. Yenə də Anar zəng edəcək və deyəcək ki, bu bir zarafat idi. Bu hələ də mənə yuxu kimi gəlir”.Musiqiçi Rasim Müzəffərli isə deyir ki, dünən onunla yeni bir layihə haqqında danışıbmış: ““Allahın musiqisi” adlı muğama həsr olunmuş bədii-sənədli bir filmdir. Artıq filmin ssenarisi də hazır idi”.

R. Müzəffərli bildirib ki, Anarın gördüyü, görmək istədiyi işlər çox idi: “Bircə onu istərdim ki, bu işlər yarımçıq qalmasın. Allah ona rəhmət eləsin, millətimizə başsağlığı verirəm”.

Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Evli idi, 3 övladı var.

“ALLAH”  rehmet  etsin…

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: