RSS Qidalandırıcısı

Qəbul imtahanlarının vaxtı açıqlandı…

                                                
Sənəd qəbulu aprelin 20-dən başlayır.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 20112012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 27-dən mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 28 iyun – 10 avqust tarixlərində davam edəcək. 

Ali təhsil müəssisələrinə qəbul imtahanı tarixləri belədir:
III qrup –3 iyul 
I qrup – 10 iyul 
IV qrup – 16 iyul 
II qrup –22 iyul 
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı – 28 avqust

Qabiliyyət imtahanlarının tarixi:
Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı – 713 iyul 
Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 1420 iyul 
İdman istiqaməti üzrə qabiliyyət imtahanı 20-28 iyul 
Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqust (saat 1100)

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi də iyun ayında keçiriləcək. İmtahan Bakı, NaxcıvanGəncədə 26 iyun tarixində baş tutacaq.

Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: