RSS Qidalandırıcısı

Türkiyədə ər azərbaycanlı arvadının başını kəsdi…


Qonşular Gülnarənin əri tərəfindən evə həbs edildiyini və 6 aydır bayıra buraxılmadığını bildiribTürkiyə İzmir şəhərinin Çiğli rayonunda bu ölkənin vətəndaşı ilə ailəli olan Gülnarə U. əri tərəfindən boğazı kəsilərək öldürülüb. ANS PRESS “Yeni Əsr” qəzetinə istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib. Məlumata görə, iki övlad anası Gülnarə ilə əri arasında əvvəl mübahisə olub. Daha sonra 28 yaşlı ər M. U. bıçaqla arvadı Gülnarəyə bıçaqla bir neçə bədən xəsarəti yetirib. G. U. ərinin əlindən çıxaraq qaçmağa müvəffəq olsa da əri onu binanın pillələrində yaxalayraq boğazını kəsib. Ağır yaralanan 24 yaşlı G. U. çoxlu qan itirərək hadisə yerində ölüb. 4 ildir Gülnarə ilə evli olan əri isə cinayət aləti bıçaqla aradan çıxıb.

Qeyd edək ki, cinayəti törədən M. U. əvvəllər narkotik qaçaqmalçılığı və istifadəçisi, oğurluq, polisə müqavimət, saxta şəxsiyyət vəsiqəsi hazırlamaq cinayətləri ilə mühakimə olunub. M. U. həmçinin daha əvvəl “Ruh və Sinir xəstəlikləri mərkəzi”ində müalicə olunub. Polis M. U.-nu paytaxt Ankarada yaxalamağa müvəffəq olub.  

Qonşular Gülnarənin əri tərəfindən evə həbs edildiyini və 6 aydır bayıra buraxılmadığını bildirib. Cütlüyün 1 3 yaşlı uşaqları isə hadisədən sonra uşaq evinə verilib.

Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: