RSS Qidalandırıcısı

Bawinda bicaqla 4 il yawiyan insan…

Bawinda bicaqla 4 il yawiyan insan…

Çinli kişi 10 sm bıçaqla 4 il gəzib Çində qeyri adi hadisə baş verib.Rusiya mətbuatlna istinadən verilen məlumata görə, baş ağrıları, ağız qanaması şikayəti ilə həkimə müraciət edən xəstənin başından bıçaq tapılıb. Li Fu adlı 37yaşlı kişi başında gəzdirdiyi 10 sm-lik bıçaqla düz 4 il yaşayıb.

Ömrünün son 4 ilində danışmaqda, udqunmaqda çətinlik çəkən çinli ağrıkəsicilər sayəsində həyatda qala bilib. Uzun müddət dərdinin əlacı üçün xəstəxanaları gəzsə də ağrıların səbəbi bilinməyib. Uzun müddətli araşdırmalardan, aparılan tədqiqatlardan sonra onun başında bıçaq olduğu ortaya çıxıb.

Belə ki, gənc insan 4 il öncə soyğunçularla dalaşıb. Dava zamanı o, alt çənəsinin altından bıçaqlanıb. Amma o vaxtdan həkimlər bıçağın fərqinə varmayıblar.

Ən böyük möcüzə isə bıçağın beyinə və sinirlərə zərər verməməsidir. Əməliyyat edilən kişinin müalicəsi davam edir.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: