RSS Qidalandırıcısı

MİRZE BİLAL Aşıqların Atası…

MİRZE BİLAL Aşıqların Atası…
Aşıq Bilal aşıqların atası,
Qəşəd kəndi olub yurdu-yuvası,
Bir insana əgər dəysə xətası,
Kəsilsə qolunun sağı, yaxşıdır.
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb- fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur.
Şamaxı ədəbi mühiti – “Beytüs-səfa” və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunıın musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini “Şirvan bülbülü” Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır.
Az zaman içərisində o, təkcə Şirvanda deyil, Azərbaycanın bir çox bölgələri, eləcə də İran, Dağıstan, Orta Asiya, Gürcüstan və İrəvanda məşhur olur. Yaradıcı sənətkar olan Aşıq Mirzə Bilal Azərbaycan xalq dastanları ilə yanaşı, Şirvanın klassik – “Aşıq Saleh və Maral”, “Barıtday Soltan və Kövsər”, “Koroğlunun Şirvan səfəri”, “Şirvanlı Oəhrəman şah”, “Şahzadə Oasım”, “Miskin Baba və Nigar xanım”, “Aşıq Ağaməmməd və Məryəm”, “Küçə Rza”, “Mustafa və Sənəm xanım”, “Adgözəl və Aslan şah”, “Zəncanlı Qurban”, “Kərəmin Beşdaş səfəri” dastanlarını dəqiq bildiyi kimi, ustalıqla da ifa etmişdir.
“Səfiyyə və Ziyad”, “Aşıq Bilal və Soltan xanım”, “Yetim Soltan”, “Mustafa xan”, “Asıq İbrahim və Pəri”, “Aşıq Bilal və Sənəm”, “Həzrət Baba” adlı dastanlar bağlayan ustad sənətkar, altmışdan artıq klassik saz havalarını bacarıqla ifa etmiş və özü də on beşdən artıq saz havası bəstələmişdir. Bu havacatların bir qismi unudulsa da, çoxusu bu gün Şirvan aşıqlarının repertuarını bəzəməkdədir.
Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olan Aşıq Bilal Rəsulzadə, Ü.Hacıbəyov, C.Qaryağdıoğlu, S.Şuşinski,  Asıq Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Məhəmməd və başqaları ilə
dost olmuşdur. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmişdir.
Həmin ilin noyabr ayının 26-da “xalq düşməni” adı altında
güllələnmişdir. Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu bəraət almışdır.

 

 

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

2 cavab

  1. ESQ OLSUN BALACA QARDASIMA….HALALDI..

    Bəyən

%d bloqqer bunu bəyənir: