RSS Qidalandırıcısı

Audi…

Audi…

Bu slaydşou üçün JavaScript lazımdır.

Audi – Alman avtomobil şirkətidir. Volkswagen qrupunun bir markasıdır. Şirkətin mərkəzi İngolştadda (Bavariya, Almaniya) yerləşir.Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla (August Horche) bağlıdır. İlk “Horch” avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanmışdı. 1910-cu ildə Horx şirkətdən ayrılır və köhnə ortaqlarıyla olan anlaşılmazlıqlar səbəbindən yeni dizaynlarında öz adından istifadə edə bilmir. Alman dilində mənası “Dinlə!” olan “horch” sözünü, latın dilində eyni mənanı verən Audi sözü ilə əvəz edən Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.
1932-ci ildə Audi, Auto Unionu meydana gətirmək üzrə Horch, DKW Wanderer şirkətləri ilə birləşdi. “Auto Union” şirkətinin istifadə etdiyi bir-birinə bağlı dörd halqa da bu gün Audinin logosu olaraq istifadə edilməkdədir. Bu emblem o dövrdə Almaniyada populyar olan Olimpiya Oyunlarının embleminə bənzədilərək hazırlanmışdır. Belə ki, 1936-cı ildə həm Qış, həm də Yay Olimpiya Oyunları Almaniyada keçirilməli idi.

İkinci Dünya Müharibəsindən sonra, şirkət DKW ətrafında məhsullarını təqdim etməyə çalışdı. Ancaq iki çəkişli mühərriki o qədər məşhur ola bilmədi. Sentyabr1965-də Audi təkrar bir çıxış edərək 72 at gücü olan 4 qapılı sedanını bazara təqdim etdi, dünyanın ən müasir mühərriklərindən biri ilə.1970-ci illərdə Audi 1950-ci illərdə dünyanın ən böyük motosikletlerini istehsal edən şirkət olan NSU ilə birləşdi. Bu şirkət NekarsulmŞtutgart yaxınlığında yerləşirdi.

Keçən 30 il içərisində Audi yüksək gücə sahib bir çox model təqdim etdi. 1980-ci ildə bazara təqdim edilən məşhur “Quattro” modeli, İngilis istehsalçı Jensenin1966-cı ildə buraxdığı FF modelindən bəri dünyada ilk dəfə çıxarılan 4×4 avtomobilidir. Bu model 5 silindrli turbo motorlu, kupe tipli bir idman avtomobili idi. Ayrıca bu modellə birlikdə Audi rallilərə qatılaraq yarışlarda 4×4 sistemini istifadə edərək ralli tarixində yeni bir cığır açdı. Audi bu irəliləyişlə texnologiyada zirvəyə çıxdı (Bu texnologiya daha sonra dünyanın dərhal bütün avtomobil şirkətləri tərəfindən istifadə edilmişdir).

 

Audi şirkətinin emblemi

Audi 80 modeli ilə birgə, bütün modellər “Quattro” xüsusiyyətini qazandı. Audi 80 1986-cı ildə “baba avtomobili” imicinə sahib olsa da 1991-ci ildə edilən makiyaj işiylə unudulmaz dizaynla bazara təqdim edildi. Bu model bazara bomba kimi düşdü və olduqca yaxşı satış rəqəmlərinə nail oldu.

İnkişaf edən texnologiya ilə, Audi dünyanın ən inkişaf etmiş mühərrikini istifadə etməyə başladı. 1995-də S4 modelində istifadə edilən 4×4 mühərriki bu dövrə damğasını vurdu.1994-də də dünyanın tamamilə alüminiumdan düzəldilmiş ilk seriyalı istehsal avtomobili olan A8 modelini təqdim edən Audi, bu modeli ilə alüminium uzaq xəttlərinə çatmış oldu. 90-cı illərin ortasında yeni silsilələrini bazara sürən Audi dünyanın ən keyfiyyətli avtomobilləri arasında
yerini tutdu.

2000-ci ildən etibarən yarış dünyasının ən çətinlikli və prestijli yarışlarından olan 24 saatlıq Le Mans yarışını 4 dəfə ardıcıl qazanan Audi2003-də VW qrupunun başqa bir markası olan Bentley ilə ancaq tamamilə Audi heyəti altında bu müvəffəqiyyətə imza atdı.

Yeniliklər

Keçən il bazara təqdim edilən SUV sinifindəki Q7 modeli, bu il bazara çıxan yeni nəsil TT modeli və orta motorlu super idman avtomobili R8 ilə birlikdə Audinin model cərgəsi, 2007 Cenevrə Sərgisində dünya premyerası reallaşan A5 kupesiylə daha da genişləndi.

Model Ailəsi

Bəzi Audi Modelləri:

  • Audi A3
  • Audi A3
  • Audi A5
  • Audi A6
  • Audi A8
  • Audi TT
  • Audi Q7
  • Audi Allroad Quattro
  • Audi R8
  • Audi Le Mans Quattro
  • Audi S3
  • Audi S4
  • Audi S5
  • Audi S6
  • Audi S8
  • Audi 80
  • Audi 100
  • Audi R8
  • Audi RS8
Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: