
Azercell Telekom — Azərbaycanda ən böyük GSM standartlı mobil rabitə operatoru.”Azercell Telekom” Birgə Müəssisəsi 1996-cı ilin 19 yanvar tarixində təsis edilib. Şirkətin ilk təsisçiləri Türkiyənin “Türkcell İletişim Hizmetleri A.Ş.” şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. “Azercell Telekom” BM öz fəaliyyətinə 1996-cı ilin 15 dekabr tarixindən etibarən başlamış və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidməti təqdim etmişdir.![]() |
1998-ci ildən etibarən SimSim — öncədən ödəmə sistemi tətbiq edilmişdir.
Azercell 2000-ci ildə özünün keyfiyyət idarəetmə sistemini qurub və 7 dekabr 2000-ci il tarixində bu sistemin Beynəlxalq ISO 9001 Standartına uyğunluğu barədə sertifikat alıb. [2003]-cü ildə şirkət eyni standartın 2000-ci il versiyasına əsasən öz keyfiyyət sistemini yeniləyib və 15 yanvar 2004-cü il tarixində ISO 9001:2000 Standartına uyğunluq sertifikatı əldə edib.
Azercell Telekom BM 2006-cı ildə IIP (the Investors In People) – İnsanlara Sərmayədar (İS) Standartı üzrə sertifikat ilə təltif edilmişdir.
Azercell Telekom BM IIP Standartı çərçivəsində bütün 12 meyara cavab vermiş və dünyada 36000-dən çox IIP Standartı ilə işləyən şirkətlərin siyahısına daxil edilmişdır.
Əhatə dairəsi və rouminq
Hal-hazırda Azercell ölkənin 78% ərazisini (işğal olunmuş ərazilərdən başqa) əhatə edir. Azərbaycanın ərazisində Azercell 16 mobil kommutasiya mərkəzi (MSC), 13 əsas stansiyaların kontrolleri (BSC), 2 ehtiyat abonent bazaları (HLR) və 1700 əsas qəbul-ötürmə stansiyasına (BTS) malikdir.
2000-ci ildən başlayaraq, Bakı Metropoliteninin bütün stansiyaları Azercell şəbəkəsinin xidmət dairəsinə daxildir. Bura həmçinin, stansiyalar arasında mənzillər də daxildir.
Regional nümayəndəliklər Gəncədə, Naxçıvanda, Qubada, Şəkidə, Masallıda, Sabirabadda və Sumqayıtda fəaliyyət göstərirlər.
Dünyanın 139 ölkəsinin 335 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb.
Tipi: | Mobil rabitə operatoru |
Təsis edilib: | yanvar 1996 |
Yerləşməsi: | Bakı, ![]() |
Hakim simaları: | Ali Ağan (Prezident) |
Sahəsi: | Mobil rabitə |
Dövriyyəsi: | $557,2 million (2007) |
Veb-saytı: | http://www.azercell.com |