Azərbaycan Dövlət İqtisad Universiteti70 ildir ki, mövcuddur. Bu müddət ərzində Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.