
Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919 cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.Universitetin 1920–1930 cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar.Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922–1924 cü illərdə bu universitetdə təhsil almışdır.Təəssüf ki, 1930 cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934 cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. Ikinci Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945 ci
ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetivə digərləri məhz Bakı Dövlət universitetinin bazasında yaradılmışdır.
1969 cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.
Bakı Dövlət Universiteti |
|
---|---|
|
|
Yaranma tarixi |
1919 |
Rektor |
Abel Məhərrəmov |
Şəhər |
Bakı |
Ölkə |
Azərbaycan |
Vebsayt |
www.bsu.edu.az |
Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir.
Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.
Prezident Heydər Əliyevin 13 iyun 2000 ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.
Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.
Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir.
Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat Institutunu və Fizika Problemləri Elmi-Tədqiqat Institutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.
Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİnin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002–2004 ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.
Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır.
Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.
Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.
Şöhrəti
2010 cu ilin dekabrında Akademik Göstəricilərə görə Universitetlərin Reytinqində (“University Ranking by Academic Performance”) dünyanın ən yaxşı 2000 universitetinin siyahısını açıqlanıb. CədvələABŞın Harvard universiteti başçılıq edir.
Azərbaycanın isə yalnız bir ali məktəbi ən yaxşılar arasında yer alıb. Bakı Dövlət Universiteti cədvəlin 1951 ci pilləsində qərarlaşıb.
Fakültə və institutları
Fakültələri
-
1. Mexanika-riyaziyyat fakültəsi
-
2. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
-
3. Fizika fakültəsi
-
4. Kimya fakültəsi
-
5. Biologiya fakültəsi
-
6. Coğrafiya fakültəsi
-
7. Geologiya fakültəsi
-
8. Filologiya fakültəsi
-
9. Tarix fakültəsi
-
10.Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi
-
11.Hüquq fakültəsi
-
12.Jurnalistika fakültəsi
-
13.Kitabxanaşünaslıq-informasiya fakültəsi
-
14.Şərqşünaslıq fakültəsi
-
15.İlahiyyat fakültəsi
-
16.Sosial elmlər və psixologiya fakültəsi
İnstitutları
-
1.Tətbiqi riyaziyyat elmi-tədqiqat institutu
-
2.Fizika problemləri elmi-tədqiqat institutu
Rektor və prorektorları
Rektorları
-
Vasili Razumovski (ilk rektor – 1919-1920)
-
Tağı Şahbazi Simurğ (1926-1929)
-
Bala bəy Həsənbəyov (1937)
-
Yusif Məmmədəliyev
-
Şəfaət Mehdiyev
-
Faiq Bağırov
-
Murtuz Ələsgərov (1993-1996)
-
Misir Mərdanov (1997-1998)
-
Abel Məhərrəmov (1999-cu ildən bu güne qeder)
-
Prorektorları
-
Tədris işləri üzrə prorektor: Vüsət Əmir oğlu Əfəndiyev
-
Elmi işlər üzrə prorektor: İsmayıl Əhmədəli oğlu Əliyev
-
Beynəlxalq əlaqələr üzrə prorektor: Nərgiz Arif qızı Paşayeva
-
Qiyabi və əlavə təhsil üzrə prorektor: Babayev Şıxbaba oğlu Məcnun
-
Humanitar məsələlər üzrə prorektor: Vaqif Rza oğlu İbrahimov
-
İnzibati təsərrüfat işləri üzrə prorektor: Nəbi Əhməd oğlu Ramazanlı
Mərkəzləri
-
Amerikaşünaslıq mərkəzi
-
Nano araşdırmalar mərkəzi
-
Elektron tədris mərkəzi
-
İnformasiya texnologiyaları mərkəzi
Universitetin tanınmış məzunları
-
Heydər Əliyev – (1952–1957 Tarix fakültəsi) – AKP MK-nin I katibi (1969–1982), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1982-1987), Azərbaycan Respublikası Prezidenti (1993–2003)
-
Əbülfəz Elçibəy – (1957–1962 Şərqşünaslıq fakültəsi) – Azərbaycan Respublikası Prezidenti (1992–1993)
-
Yusif Məmmədəliyev
-
Həsən Əliyev
-
Bəxtiyar Vahabzadə
-
Azad Mirzəcanzadə
-
Nəsir İmanquliyev
-
Məcid Rəsulov
-
Tofiq Köçərli
-
Mir Cəlal Paşayev
-
Məmməd Cəfər Cəfərov
-
Fəraməz Maqsudov
-
Ziya Bünyadov
-
Aida İmanquliyeva
-
Həsən Abdullayev
-
Xudu Məmmədov
-
Əşrəf Hüseynov
-
Musa Əliyev
-
Əli Quliyev
-
Bəkir Çobanzadə
-
Heydər Hüseynov
-
Murtuza Nağıyev
-
Şəfaət Mehdiyev
-
Həmid Araslı
-
İbrahim İbrahimov
-
İqrar Əliyev
-
Mirəli Qaşqay
-
Hamlet İsaxanlı