RSS Qidalandırıcısı

Dunyanin en hundur insani…

Dunyanin en hundur insani…

Dünyanın ən hündür insanı adı artıq bir türkə məxsusdur. Sultan Kösən Ginnesin rekordlar kitabında dünyanın ən hündür insanı kimi qeyd olunmuş Çinli Bao Çin Şunu 10.5 sm qabaqlayıb. O, Londona gələrək, dünyanın ən hündür adamı kimi adını rekordlar kitabına yazdırıb. 27 yaşlı Kösənin adı Ginnesin rekordlar kitabının 2012-ci il üçün buraxılışında qeyd olunacaq. İki metr 47 sm boyu ilə Türkiyənin Mardin şəhərindən olan Sultan Kösən həmçinin dünyanın ən uzun əllərinə və ayaqlarına sahibdir. Belə ki,onun əlləri 27.5 ayaqları isə 36.5 sm-dir. Onun həddindən artıq hündür olmasının səbəbi isə hipofiz vəzində şişin olmasıdır. Şişi həkimlər ötən il cərrahiyyə əməliyyatı ilə götürüb və yalnız bundan sonra Kösənin boy artımı dayanıb. Nəhəng boyluluq Kösenin həyatına bir çox yöndə mənfi təsir göstərsə də, onun özünün sözlərinə görə, əsas problemi bu günədək həyat yoldaşı tapa bilməməsidir. Kösən əks cinsin nümayəndələrində qorxu hissi yaratdığını da etiraf edir. O qazandığı məşhurluqla bütün dünyanı gəzərək, özünə həyat yoldaşı tapmaq fikrində olduğunu bildirir. Qeyd edək ki, Kösən bundan əvvəl basketbolla məşğul olub, lakin daha sonra nəhəng boyluluq onun hərəkətinin məhdudlaşmasına səbəb olub.

 

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: